Həyəcan başlayır!

Ana səhifə Haqqımızda Abunə və Reklam Multi-Media Arxiv
Qəzetimizin son nömrəsi
   Ölkə Futbolu
   Ölkə İdmanı
   Dünya Futbolu
   Dünya İdmanı
   Klublar
   Premyer Liqa
   Müsahibə
   Köhnə Dünya
   Gündəm
   DÇ-2010
   Türkiyə
   Araşdırma
   Forum
 





Türklərdən qollu “sülh” ( 2010-07-30 )

Dünən Avropa Liqasında III təsnifat mərhələsinin ilk oyunları keçirildi. Türkiyə təmsilçiləri “Qalatasaray” və “Beşiktaş” ilk matçda rəqibləri ilə heç-heçə etdilər. “Cim-bom” öz meydançasında 2 top fərqi ilə önə keçsə də, bu üstünlüyü qoruya bilmədi. “Qara qartal” isə çexiyada hesabda geriyə düşdüyü oyunu heç-heçə başa çatdırmağı bacardı.

“Qalatasaray” - “OFK Belqrad” 2:2
Qollar: Arda, 26, 76 - Krstiç, 79; İnyaç, 86
“Qalatasaray” (Türkiyə): Aykut, Sabri, Neyll, Sərvət, Hakan Balta, Barış (Kana, 83), Mustafa Sarp, Ayhan, Sərdar özkan (Pino, 59), Arda, Mehmet Batdal (Kyuell, 68)
“OFK Belqrad” (Serbiya): Saranov, Miyatoviç (Filipoviç, 46), Keçoyeviç, Zeravitsa (Krstiç, 67), Miliç, Petkoviç, Rodiç, Markoviç, Şimiç (İnyaç, 78), Trivunoviç, Nikoliç
“Qalatasaray” 2010-2011 mövsümünə Serbiya təmsilçisi “OFK Belqrad”la matçda start verdi. Baş məşqçi Frank Raykard yeni transferlərdən yalnız Sərdar özkan və Mehmet Batdala start heyətində şans vermişdi. Yeni əcnəbi oyunçulardan Lorik Kana, Xuan Pablo Pino və anlaşmasını təzələyən Harri Kyuell ilk dəqiqələrdən ehtiyatda oturdular. Milan Baroş və Elano Blumer isə zədə ucbatından “18-lik”dən kənarda qalmışdılar. Raykard start heyətində yalnız bir əcnəbini - Lukas Neylli oynatdı. “Qalatasaray”ın tarixi ərzində Serbiya klublarına qarşı avrokuboklarda keçirdiyi 4 oyunun heç birində qələbə qazana bilməməsi (2 heç-heçə, 2 məğlubiyyət) oyunun intriqasını daha da artırırdı.
İlk dəqiqələrdən təşəbbüsü ələ alan “cim-bom” 12-ci dəqiqədə Mustafa Sarpın ifasında rəqib qapıçısına həyəcan yaşatdı. Az sonra Ardanın soldan havalandırdığı topu Mehmet Batdal başla qapı tirinə tuşladı. 23-cü dəqiqədə Batdalın bu dəfə fərqlənməsinə topu xətt üzərindən geri qaytaran Nikoliç mane oldu. Nəhayət, 26-cı dəqiqədə “aslan” istəyinə çatdı. Sol cinahdan iki müdafiəçini aldadan Ardanın zərbəsi qapıçı üçün qarşısıalınmaz oldu. Qoldan sonra da türklər hücumlarına ara vermədilər. 5 dəqiqə ərzində həm Sərdar özkan, həm Hakan Balta, həm Mehmet Batdal, həm də Ardanın fərqlənmək üçün imkanı oldu. Birinci hissənin son 5 dəqiqəsində Mehmet Batdal iki dəfə Sarsanovla dueldən məğlub ayrıldı.
Fasilədən sonra da üstünlük meydan sahiblərinin əlində oldu. Pino və Kyuellin oyuna daxil olması isə “Qalatasaray”ın hücumlarının kəsərini daha da artırdı. 69-cu dəqiqədə məhz Kyuellin ara pasından sonra qapıçı ilə təkbətək çıxan Pino mübarizədən məğlub ayrıldı. Yenə Kyuellə Pinonun təşkil etdikləri hücumda müdafiəçi topu uzaqlaşdıra bilmədi və Arda bu şansı əldən vermədi. Amma çox keçməmiş nəinki fərq 1-ə endi, hətta hesab bərabərləşdi də. Əvvəlcə Krstiçin cərimə zərbəsindən qapıya göndərdiyi top yolüstü müdafiəçinin də kürəyinə dəyərək tora düşdü. 86-cı dəqiqədə künc nöqtəsindən ötürülən topu İnyaç başla qapıdan keçirdi. Bununla da serbiyalılar İstanbuldan sərfəli nəticə ilə, qollu heç-heçə ilə döndülər.

“Viktoriya” - “Beşiktaş” 1:1
Qollar: Limberski, 28 - Delqado, 44 (pen.)
“Viktoriya” (çexiya): Krbeçek, Rada, Kolar (Strihavka, 68), Bıstron, Raytoral, Yiraçek (Hruşka, 86), Limberski, Rezek, Horvat, Navratil, Petrjela (Hayovski, 90+1)
“Beşiktaş” (Türkiyə): Hakan Arıkan, Ərhan, İbrahim Toraman, Sivok, İbrahim üzülməz, Ernst, Delqado, Hilbert (Tabata, 67), Kuarejma, Nihat (Necip, 46), Nobre (Bobo, 77)
İkinci təsnifat mərhələsində Farer adaları təmsilçisi “Vikinqur” səddini asanlıqla keçən “Beşiktaş”ın (3:0, 4:0) 3-cü mərhələdəki rəqibi “Viktoriya” oldu. “Ağ-qaralar” buna qədər Avrokubokda çexiya klubları ilə 2 dəfə üz-üzə gəlmişdilər. 2002-2003 mövsümündə UEFA Kubokunda “Slaviya”nı üstələyən (0:1, 4:2) “Beşiktaş” bir ildən sonra çempionlar Liqasının qrupunda “Sparta”dan 3 xal almışdı - 1:2, 1:0.
Dünənki matçın ilk dəqiqələrindən bərabərsəviyyəli oyun getdi. Müdafiə xəttinə ciddi fikir verən çexiyalılar topu qəbul edən kimi böyük qüvvə ilə sürətli əks-hücum təşkil etməyə çalışırdılar. “Beşiktaş”da isə nə Kuarejma, nə də Delqado oyunu üzərinə götürə bildi. Bu da komandanın təhlükəli hücum qurmasına mane olurdu. 25-ci dəqiqədə Petrjelanın başla zərbəsinə mükəmməl reaksiya göstərən Hakan 3 dəqiqə sonra Limberskinin fərqlənməsinə mane ola bilmədi. Cərimə zərbəsindən sonra bir anlıq topu önündə görən futbolçu birbaşa zərbə ilə toru silkələdi. Növbəti 2 dəqiqə ərzində Hakan daha 2 “yüz faizlik” qolun qarşısını aldı. “Beşiktaş” yalnız ilk hissənin sonlarında fəallaşdı. 41-ci dəqiqədə Nihatın zərbəsindən sonra müdafiəçiyə də dəyən top qapı tirindən döndü. Bununla belə, “qara qartal” fasiləyə qədər bərabərlik qolunu vura bildi. Raytoralın Kuarejmaya qarşı kobudluğundan sonra hakimin təyin etdiyi penaltini Delqado dəqiq yerinə yetirdi.
İkinci hissənin startında Bernd Şusterin yetirmələri daha bir qol vura bilərdilər. Di gəl ki, Hilbert zərbəsindən sonra top qapı çatına tuş gəldi. Qalan dəqiqələrdə hər iki qapıçı bir neçə epizodda komandasını real qoldan xilas etdi. Son dəqiqələrdə isə “Beşiktaş”ın hücumları da bir nəticə vermədi.

“Rabotniçki” - “Liverpul” 0:2
Qollar: Nqoq, 17, 59
“Rabotniçki” (Makedoniya): Boqatinov, Belisa, Sekulovski (Adem, 44), Dimovski, Lopes, Ze Karlos (Moysov, 57), Todorovski, Silva, Qliqorov, Tunevski (Petrovski, 78), Vandeyr
“Liverpul” (İngiltərə): Kavalyeri, Akvilani (Dalla Valle, 83), Agger (Darbi, 72), Yovanoviç, Kirqiakos, Lukas, Nqoq, Spirinq, Kelli, Şkrtel, Amoo (Ekkleston, 84)

“Şamrok Rovers” - “Yuventus” 0:2
Qollar: Amauri, 3, 75
“Şamrok Rovers” (İrlandiya): Mannus, Stevens, Sives, Pris, Ris (Dennehi, 66), Şembers (Kavanaq, 78), Tviqq, Törner, Styuart, Murrey, Baili (Bredli, 90+3)
“Yuventus” (İtaliya): Storari, Motta, Kyellini, Sissoko, Markizio (Ekdal, 89), Amauri, Bonuççi, Lanzafame (Martines, 52), Pepe, Dieqo (del Pyero, 82), de Keqlie

“Mölde” - “Ştutqart” 2:3
Qollar: Moström, 65; Hoset, 76 - Rudi, 27; Kuzmanoviç, 74; Harnik, 82
“Mölde” (Norveç): Lillebak, Andreasson, Tomas, Hestad (Skyolsvik, 79), Tione (Yohansson, 65), Moström (Runström, 86), Hoset, Simonsen, Fall, Olav, Forren
“Ştutqart” (Almaniya): Ulreyx, Molinaro, Niedermayer, Kuzmanoviç, Marika, Gebhart, Rudi (Didavi, 72), Gentner, Kelozzi, Poqrebnyak (Harnik, 79), Traş (Funk, 79)

“Sibir” (Rusiya”) - “Apallon” (Kipr) 1:0
(Medvedev, 74)
“Spartak” (Serbiya) - “Dnepr” (Ukrayna) 2:1
(Torbitsa, 16 (pen.), 90 (pen.) - Kravçenko, 23)
“Dnepr” (Belarus) - “Banik Ostrava” (çexiya) 1:0
(Zenkoviç, 63)
“İnter Turku” (Finlandiya) - “Genk” (Belçika) 1:5
(Qrot, 53 - de Bruyne, 17; Oqunyimi, 44; Barda, 61; Vossen, 77, 85)
“Mypa” (Finlandiya) - “Timişoara” (Rumıniya) 1:2
(Rikketts, 50 - Tames, 34; Axente, 74)
“Rux” (Polşa) - “Austriya” (Avstriya) 1:3
(Pulkovski, 4 - Linz, 7; Hlinka, 43; Yun, 73)
“Karpatı” (Ukrayna) - “Zestafoni” (Gürcüstan) 1:0
(Zenyov, 6)
“Elfsborq” (İsveç) - “Teteks” (Makedoniya) 5:0
(İşizaki, 29; Svensson, 50; Avdiç, 57; Nordmark, 66; Kin, 77)
“Utrext” (Hollandiya) - “Lütsern” (İsveçrə) 1:0
(Mertens, 35)
APOEL (Kipr) - “Yablonets” (çexiya) 1:0
(Solari, 55)
“Olesun” (Norveç) - “Motervell” (Şotlandiya) 1:1
(Matiysen, 90 (pen.) - Mörfi, 48)
“Randers” (Danimarka) - “Lozanna” (İsveçrə) 2:3
(Movsisyan, 6, 81 - Steuble, 41; Karlos, 62, 84)
“Odense” (Danimarka) - “Zrinski” (Bosniva və Herseqovina) 5:3
(Gislason, 16; Absalonsen, 23; Utaka, 31, 60; Andreasen, 37 - Zadro, 15, 74; Jijkoviç, 65 (pen.))
“Kalmar” (İsveç) - “Levski” (Bolqarıstan) 1:1
(Dauda, 83 - Jorjinyo, 28)
“Beroe Stara Zaqora” (Bolqarıstan) - “Rapid” (Avstriya) 1:1
(Zlatinov, 85 - Hofmann, 45 (pen.))
“Makkabi” (Hayfa, İsrail) - “Dinamo” (Belarus) 1:0
(Dvalişvili, 30)
“Serkle Brügge” (Belçika) - “Anortosis” (Kipr) 1:0
(Foley, 68)
“Dinamo” (Rumıniya) - “Hayduk” (Xorvatiya) 3:1
(Kristea, 6 (pen.); Qanea, 40; Kone, 70 - Tomasov, 64)
“Nordselland” (Danimarka) - “Sportinq” (Portuqaliya) 0:1
(Vukçeviç, 24)
“Qyori ETO” (Macarıstan) - “Monpelye” (Fransa) 0:1
(Giru, 32)
“Maribor” (Sloveniya) - “Hibernian” (Şotlandiya) 3:0
(İliçiç, 31, 52; Markos, 60)
“Olimpiakos” (Yunanıstan) - “Makkabi” (Təl-Əviv, İsrail) 2:1
(Zairi, 67; Rommedal, 73 - Medunyanin, 18 (pen.))
“Srvena Zvezda” (Serbiya) - “Slovan” (Slovakiya) 1:2
(Trifunoviç, 63 - İvana, 43; Salata, 68)
“Şturm” (Avstriya) - “Dinamo” (Gürcüstan) 2:0
(Feldhofer, 49; Kienast, 59)
“Alkmar” (Hollandiya) - “Geteborq” (İsveç) 2:0
(Klavan, 52; Qudmundsson, 55)
“Yagelloniya” (Polşa) - “Aris” (Yunanıstan) 1:2
(Qrzıb, 24 - Kalvo, 4 (pen.), 7)
“Maritimu” (Portuqaliya) - “Banqor Siti” (Uels) 8:2
(de Souza, 33, 79; Danilo, 38, 75; Baba, 51, 78; Kanu, 80; Fidelis, 90 - Uord, 73; Yebb, 90)
“Buduçnost” (çernoqoriya) - “Brondbü” (Danimarka) 1:2
(Beçiray, 90 - Adamoviç, 73 (avtoqol); Yensen, 86)
Qeyd: Cavab oyunları avqustun 3-5-də keçiriləcək.

      
Bu xəbər 79 dəfə oxunub.
 
Yazarlar
Futbol, yoxsa “top-top”
Ürfan Məmmədli 
 
Baş məşqçinin anlamadığı şey - dua
Enes Cansever 
 
“Bakı” növbəti zərbəni Salyanda aldı
Anar Xanlarov 
 
Bəlkə “Qarabağ”ı milliləşdirək?
Asif Vahidoğlu 
 
“Türkiyələşən” mətbuatımız
Ruslan Sadıqov 
 
Cabbarovun məntiqi, yaxud özünəməxsus uzaqlaşdırma
Elgiz Abbasov 
  


Ən çox oxunanlar
İstifadə müddəti başa çatan “ulduzlar”
“Fənərbağça”nın “100-ü” güldü
Ermənilərə qarşı oyunda millimizi gözləyən təhlükə
“NEFTÇİ” ÇEMPİON!!!
Proqnozlarımızı alt-üst edən xoş sensasiya
“Xəzər-Lənkəran” sindromu qırdı
Baş məşqçinin anlamadığı şey - dua
Samir Əliyevin 90 dəqiqəsi
Futbolumuzda Ronaldinyolar yetişə bilər. “Çempion” qəzetinin AFFA və AGİN-ə müraciəti
İfrat legionerləşməyə aparan yolumuz
 

Copyright © 2007 Champion
Proqramçı Tərlan Mahmudov