Hollandiyada təlim-məşq toplanışında olan “Ankaragücü” orada ikinci yoldaşlıq görüşünü keçirib. Paytaxt klubunun rəqibi yerli “De Qrafşap” olub. Qarşılaşma meydan sahiblərinin üstünlüyü şəraitində keçib və bunun da məntiqi nəticəsi kimi, türklər 1:3 hesabı ilə məğlubiyyətə uğrayıblar. “Ankaragücü”nün yeganə qolunu 75-ci dəqiqədə Robert Vittek vurub. Bu, “Ankaragücü”nün, ümumiyyətlə, yeni mövsümə hazırlıq dönəmində 3-cü yoldaşlıq görüşü idi və ümit özatın yetirmələri ilk dəfə meydançanı başıaşağı tərk ediblər. “De Qrafşap”ın qollarına Yunqşlager (19-cu dəqiqə), Barqas (44) və Hassnoi (79) imza atıblar.
...“Kayserispor” isə uddu
Hazırlığını Avstriyada davam etdirən “Kayserispor” isə Almaniya klubu “Hannover”lə münasibətlərini aydınlaşdırıb. Meydançanı qalib tərk edən “Kayserispor”dan (2:0) qolları Andre Morits (penaltidən) və Abdulkader özgən vurublar. Qeyd edək ki, Avstriyadakı ilk yoxlama matçında “Kapfenberq”i 1:0 hesabı ilə məğlub edən “Kayserispor” “Korona Kieltse” və “Kazma Sportinq”lə də qarşılaşacaq.
Bu xəbər 46 dəfə oxunub. |