
Superliqanın digər təmsilçiləri kimi “Manisdaspor” da toplanış üçün Hollandiyanı seçib. Amma digərlərindən fərqli olaraq, Manisa klubu “zambaqlar ölkəsi”nə hələ indi gedir. Belə ki, komanda hazırlığın 3-cü mərhələsi çərçivəsində bu gün Hollandiyaya yola düşür. Əvvəlcə Almaniyanın Düsseldorf şəhərinə yollanacaq klub oradan da Arnhemə keçəcək. Komandanın orada qarşılaşacağı rəqiblərin adları da bəllidir. İlk oyun iyulun 28-də Hollandiyanın ikinci liqa təmsilçisi Rotterdam “Sparta”sı olacaq. Bundan 2 gün sonra isə həmin yarışda mübarizə aparan “Valveyk” sınağa çəkiləcək. üçüncü rəqib İspaniyanın “Real Sosyedad” (3 avqust), son rəqib isə Yunanıstanın “Xanti” (6 avqust) olacaq. “Manisaspor” avqustun 7-nə qədər Hollandiyada qalacaq.
Bu xəbər 46 dəfə oxunub. |