.




|
| Quti “Real”dan rəsmən ayrıldı ( 2010-07-26 ) |
“Real”ın əfsanəvi futbolçusu, tam adı Joze Maria Qutyerres Ernandes olan Quti dünən keçirdiyi mətbuat konfransında Madrid klubundakı karyerasına son verdiyini və “Beşiktaş”la anlaşdığını açıqlayıb. “Santyaqo Bernabeu”da Xorxe Valdano ilə jurnalistlərin qarşısına çıxan Quti açıqlamasında “Beşiktaş”dan olduqca cəlbedici təklif aldığını və Bernd Şusterin də təsiri ilə “ağ-qaralı” komandanı seçdiyini bildirib. Mətbuat konfransından əvvəl isə ispaniyalı futbolçunun “Real” forması altında qazandığı kuboklar göstərildi. Xorxe Valdano Qutinin “Real”a önəmli xidmətləri olduğunu və bu keyfiyyətini “Beşiktaş”da da göstərəcəyinə inandığını söylədi. 15 il formasını geydiyi “Real”dan ayrılarkən, Quti göz yaşlarını saxlaya bilməyib. Mətbuat konfransından sonra Madrid klubunun rəsmi internet saytı da ispaniyalı oyunçunun “Real”a “əlvida” dediyini bəyan edib. Madrid klubundan rəsmən ayrılan Qutinin sabah “Beşiktaş”ın prezidenti Yıldırım Dəmirörənin şəxsi təyyarəsi ilə İstanbula gələcəyi gözlənilir.
Bu xəbər 76 dəfə oxunub. |
|
|


|