Həyəcan başlayır!

Ana səhifə Haqqımızda Abunə və Reklam Multi-Media Arxiv
Qəzetimizin son nömrəsi
   Ölkə Futbolu
   Ölkə İdmanı
   Dünya Futbolu
   Dünya İdmanı
   Klublar
   Premyer Liqa
   Müsahibə
   Köhnə Dünya
   Gündəm
   DÇ-2010
   Türkiyə
   Araşdırma
   Forum
 





Adnan Polat: “Bir ulduz pleymeyker alacağıq” ( 2010-07-26 )

“Fənərbağça” ilə keçirilən yoldaşlıq görüşündən sonra “Qalatasaray”ın prezidenti Adnan Polatın açıqlaması “cim-bom” azarkeşlərini xeyli həyəcanlandırıb. Belə ki, Polat bir ulduz futbolçu alınacağını gizlətməyib: “Bu komandaya bir maestro, yəni pleymeyker lazımdır”. Polatın bu sözlərindən sonra rəhbərliyin diqqəti “Yuventus”un braziliyalı yarımmüdafiəçisi Dieqoya yönəlib. “Sarı-qırmızılılar” indi Dieqonun transferini həyata keçirmək üçün sponsor axtarışındadırlar. “Yuventus”un baş məşqçisi Qiqi del Neri də Dieqonun onun oyun üslubuna uyğun gəlmədiyini və bu səbəbdən də yarımmüdafiəçinin transferə çıxarıldığını açıqlayıb. Bu isə “Qalatasaray” üçün göydəndüşmə olub. “Qoca sinyora”nın Elano Blumerlə də maraqlanmasından yararlanmaq istəyən türklər qarşı tərəfə həm Elanonu, həm də müəyyən məbləğdə pul təklif edəcəklər.

Ben Arfa üçün rəsmi təklif gedib
“Verder” və “Nyukasl”ın da transfer etmək istədiyi “Marsel”in istedadlı futbolçusu Hatem Ben Arfa ilə “Qalatasaray” da yaxından maraqlanır. Fransa klubuna göndərilən yazıda yarımmüdafiəçi Ben Arfanı transfer etmək istədiyini qeyd edən “Qalatasaray”ın təklifi maliyyə problemi ilə üzləşən “Marsel”ə cəlbedici gəlib. İndi son sözü futbolçu özü deyəcək.  Bu haqda xəbər verən RMC radiosu son sözün gənc futbolçuda olduğunu və Ben Arfanın qısa bir vaxt ərzində qərar verəcəyini bildirib.

Ya Polak, ya N'Quemo
“Qalatasaray”da transfer işləri ilə məşğul olan Adnan Sezgin səfərin birini başa çatdırıb, digərinə başlayır. Yarımmüdafiəni gücləndirmək istəyən “cim-bom”da ön plana çıxan “Anderlext”li Yan Polak və “Nansi”li Landri N'Quemodur. Sezgin Polakı “Anderlext”in hazırlıq oyunlarında izləyib. çexiyalı futbolçu həmyerlisi Milan Baroş amilinin də təsiri ilə “Qalatasaray”a gəlməyin əleyhinə deyil. Polak mübariz olmaqla yanaşı, yüksək təxnikaya da malikdir. Sezgin Belçika təmsilçiləri ilə danışıqları davam etdirir.
Landri N'Quemo üçün klubu “Nansi” 5 milyon avro istəyir. Adnan Sezgin bu qiyməti 3 milyon avroya salmağa çalışır. Kamerunlu futbolçu böyük hədəfi olan bir klubda oynamaq istədiyini bildirib və “Qalatasaray”a “yaşıl işıq” yandırıb. Baş məşqçi Frank Raykard daha çox Polakın alınmasını istəsə də, rəhbərlik hansı oyunçunun qiymətini aşağı sala bilsə, onu da transfer edəcək.

“Cim-bom” Türkiyəyə qayıtdı
Bu arada, Hollandiyadakı təlim-məşq toplanışını yekunlaşdıran “Qalatasaray” vətənə qayıdıb. Əvvəlcə Almaniyanın Düsseldorf, oradan isə İstanbula gələn düşərgədən heç kim mətbuata açıqlama verməyib. “Cim-bom” Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində iyulun 29-da Serbiyanın “OFK Belqrad” klubuna qarşı keçirəcəyi oyunun hazırlığına bu gündən başlayacaq. Əlavə edək ki, Hollandiyadakı hazırlıq dönəmində 4 yoldaşlıq görüşü keçirən “Qalatasaray” Almaniyanın 5-ci liqa təmsilçisi “Kleve”ni 4:0, “Homberq”i 5:0, İranın yüksək liqa klubu PAS-ı 4:0 və Belçikanın 4-cü liqa komandası “Hasselt”i 2:0 hesabı ilə məğlubiyyətə uğradıb. “Aslan” Almaniyada üz-üzə gəldiyi əzəli rəqib “Fənərbağça”ya isə məğlub (0:1) olub.


      
Bu xəbər 83 dəfə oxunub.
 
Yazarlar
Futbol, yoxsa “top-top”
Ürfan Məmmədli 
 
Baş məşqçinin anlamadığı şey - dua
Enes Cansever 
 
“Bakı” növbəti zərbəni Salyanda aldı
Anar Xanlarov 
 
Bəlkə “Qarabağ”ı milliləşdirək?
Asif Vahidoğlu 
 
“Türkiyələşən” mətbuatımız
Ruslan Sadıqov 
 
Cabbarovun məntiqi, yaxud özünəməxsus uzaqlaşdırma
Elgiz Abbasov 
  


Ən çox oxunanlar
İstifadə müddəti başa çatan “ulduzlar”
“Fənərbağça”nın “100-ü” güldü
Ermənilərə qarşı oyunda millimizi gözləyən təhlükə
“NEFTÇİ” ÇEMPİON!!!
Proqnozlarımızı alt-üst edən xoş sensasiya
“Xəzər-Lənkəran” sindromu qırdı
Baş məşqçinin anlamadığı şey - dua
Samir Əliyevin 90 dəqiqəsi
Futbolumuzda Ronaldinyolar yetişə bilər. “Çempion” qəzetinin AFFA və AGİN-ə müraciəti
İfrat legionerləşməyə aparan yolumuz
 

Copyright © 2007 Champion
Proqramçı Tərlan Mahmudov