Həyəcan başlayır!

Ana səhifə Haqqımızda Abunə və Reklam Multi-Media Arxiv
Qəzetimizin son nömrəsi
   Ölkə Futbolu
   Ölkə İdmanı
   Dünya Futbolu
   Dünya İdmanı
   Klublar
   Premyer Liqa
   Müsahibə
   Köhnə Dünya
   Gündəm
   DÇ-2010
   Türkiyə
   Araşdırma
   Forum
 





“Tottenhem” Milner uğrunda mübarizədə “Mançester Siti”yə rəqib oldu ( 2010-07-26 )

”Aston Villa”nın aparıcı yarımmüdafiəçisi Ceyms Milnerin “Mançester Siti”yə keçəcəyi güman edilir. Ancaq İngiltərə yığmasının üzvü uğrunda mübarizəyə “Tottenhem”in də qoşulması “şəhərlilər”i çətin vəziyyətə salıb. London klubunun baş məşqçisi Harri Rednapp Milneri alacaqları təqdirdə, mövsümün transferini həyata keçirmiş olacaqlarını bildirib. O, həmçinin, Milnerlə yarımmüdafiənin cinahındakı problemin həll olunacağına əminliyini vurğulayıb.
Qeyd edək ki, bir neçə gün əvvəl “Mançester Siti” Milnerin transferi üçün 24 milyon funt-sterlinq təklif etmişdi. Lakin “Aston Villa” rəhbərliyi 30 milyon funt-sterlinqdən aşağı düşmək niyyətində deyil. “Tottenhem”in nə qədər pul təklif edəcəyi maraqla gözlənilir.

Menecer: “Balotelli “Mançester Siti” ilə hələ müqavilə bağlamayıb
”İnter”in hücumçusu Mario Balotellinin karyerasını harada davam etdirəcəyi hələ də məlum deyil. İtaliya KİV-nin yaydığı informasiyaya görə, 19 yaşlı forvard “Mançester Siti” ilə danışıqlar aparır və hətta tərəflər arasında razılıq da əldə edilib. Bir vaxtlar “İnter”i çalışdırmış “Mançester Siti”nin baş məşqçisi Roberto Mançininin keçmiş yetirməsi ilə görüşüb anlaşdığı bildirilir. Futbolçunun menecerinin açıqlaması da onun “şəhərlilər”ə keçəcəyinə işarədir: “Bəli, “Mançester Siti” Balotelli ilə maraqlanır. İngiltərə klubu ilə həftənin birinci və ya ikinci günü görüşəcəyik. Amma indiki vəziyyətdə Balotelli “Mançester Siti” ilə müqavilə bağlamayıb”.

Kolarov: “Hədəfimiz Premyer Liqa çempionluğudur”
”Mançester Siti”nin “Latsio”dan transfer etdiyi Aleksandr Kolarov yeni klubu və keçidi haqda fikir bildirib. Serbiya yığmasının sol cinah müdafiəçisi ən böyük arzusunu da deyib: “çox xoşbəxtəm ki, “Mançester Siti” kimi böyük bir kluba keçmişəm. Burada şərait fantastikdir. Artıq gələn həftədən etibarən yeni komanda yoldaşlarıma qoşulacağam. Mənim ən böyük arzum “Mançester Siti”nin heyətində çempionlar Liqasının qalibi olmaqdır. Amma indi Premyer Liqa çempionluğu əsas hədəfimizdir”.

      
Bu xəbər 59 dəfə oxunub.
 
Yazarlar
Futbol, yoxsa “top-top”
Ürfan Məmmədli 
 
Baş məşqçinin anlamadığı şey - dua
Enes Cansever 
 
“Bakı” növbəti zərbəni Salyanda aldı
Anar Xanlarov 
 
Bəlkə “Qarabağ”ı milliləşdirək?
Asif Vahidoğlu 
 
“Türkiyələşən” mətbuatımız
Ruslan Sadıqov 
 
Cabbarovun məntiqi, yaxud özünəməxsus uzaqlaşdırma
Elgiz Abbasov 
  


Ən çox oxunanlar
İstifadə müddəti başa çatan “ulduzlar”
“Fənərbağça”nın “100-ü” güldü
Ermənilərə qarşı oyunda millimizi gözləyən təhlükə
“NEFTÇİ” ÇEMPİON!!!
Proqnozlarımızı alt-üst edən xoş sensasiya
“Xəzər-Lənkəran” sindromu qırdı
Baş məşqçinin anlamadığı şey - dua
Samir Əliyevin 90 dəqiqəsi
Futbolumuzda Ronaldinyolar yetişə bilər. “Çempion” qəzetinin AFFA və AGİN-ə müraciəti
İfrat legionerləşməyə aparan yolumuz
 

Copyright © 2007 Champion
Proqramçı Tərlan Mahmudov