Həyəcan başlayır!

Ana səhifə Haqqımızda Abunə və Reklam Multi-Media Arxiv
Qəzetimizin son nömrəsi
   Ölkə Futbolu
   Ölkə İdmanı
   Dünya Futbolu
   Dünya İdmanı
   Klublar
   Premyer Liqa
   Müsahibə
   Köhnə Dünya
   Gündəm
   DÇ-2010
   Türkiyə
   Araşdırma
   Forum
 





“Real” və “Milan”ın keçmiş futbolçusu “Bakı”ya keçir ( 2010-07-26 )

“Bakı” çempionlar Liqasının qalibi olmuş futbolçu ilə danışıqlara başlayıb. Belə ki, Avropa Liqasında mübarizəni dayandıran paytaxt klubu hazırda “Real” və “Milan” kimi məşhur klubların formasını geyinmiş Julio Sezar Santos Korrea ilə müqavilənin detallarını müzakirə edir. Julio Sezarın bu həftənin ortalarında Bakıya gələrək, rəsmi müqavilə imzalayacağı və hazırlıqlara başlayacağı gözlənilir.
Qeyd edək ki, Julio Sezar 18 noyabr 1978-ci ildə Braziliyanın San Luis şəhərində dünyaya gəlib. 185 sm boyu olan mərkəz müdafiəçisi karyerası ərzində müvafiq olaraq Hondurasın “Marathon”, İspaniyanın “Valyadolid”, “Real” (Madrid), “Real Sosyedad”, İtaliyanın “Milan”, İngiltərənin “Bolton”, Portuqaliyanın “Benfika”, Avstriyanın “Austria”, Meksikanın “Tiqres”, Yunanıstanın “Olimpiakos”, Rumıniyanın “Dinamo” (Buxarest) klublarında çıxış edib. 2009/2010 mövsümünü Türkiyənin “Qaziantepspor” klubunda keçirən futbolçu hazırda klubsuzdur. “Real”ın heyətində 21 oyuna çıxan futbolçu ümumilikdə İspaniya Primerosunda (“Real”, “Valyadolid” və “Real Sosyedad”) 125 oyunda meydançaya çıxıb. İtaliya A Seriyasında 4 (“Milan”) oyuna çıxan braziliyalı İngiltərə Premyer Liqasında (“Bolton”) 5 matç keçirib. Julio Sezar 1999/2000 mövsümündə “Real”la çempionlar Liqasının, 2002/2003-də “Austria” ilə Avstriya çempionatının və kubokunun, 2006-cı ildə Meksika İnter Liqasının, 2006/2007, 2007/2008 mövsümlərində isə “Olimpiakos”la Yunanıstan çempionatının və 2007-ci ildə kubokunun qalibi olub.

      
Bu xəbər 105 dəfə oxunub.
 
Yazarlar
Futbol, yoxsa “top-top”
Ürfan Məmmədli 
 
Baş məşqçinin anlamadığı şey - dua
Enes Cansever 
 
“Bakı” növbəti zərbəni Salyanda aldı
Anar Xanlarov 
 
Bəlkə “Qarabağ”ı milliləşdirək?
Asif Vahidoğlu 
 
“Türkiyələşən” mətbuatımız
Ruslan Sadıqov 
 
Cabbarovun məntiqi, yaxud özünəməxsus uzaqlaşdırma
Elgiz Abbasov 
  


Ən çox oxunanlar
İstifadə müddəti başa çatan “ulduzlar”
“Fənərbağça”nın “100-ü” güldü
Ermənilərə qarşı oyunda millimizi gözləyən təhlükə
“NEFTÇİ” ÇEMPİON!!!
Proqnozlarımızı alt-üst edən xoş sensasiya
“Xəzər-Lənkəran” sindromu qırdı
Baş məşqçinin anlamadığı şey - dua
Samir Əliyevin 90 dəqiqəsi
Futbolumuzda Ronaldinyolar yetişə bilər. “Çempion” qəzetinin AFFA və AGİN-ə müraciəti
İfrat legionerləşməyə aparan yolumuz
 

Copyright © 2007 Champion
Proqramçı Tərlan Mahmudov