Həyəcan başlayır!

Ana səhifə Haqqımızda Abunə və Reklam Multi-Media Arxiv
Qəzetimizin son nömrəsi
   Ölkə Futbolu
   Ölkə İdmanı
   Dünya Futbolu
   Dünya İdmanı
   Klublar
   Premyer Liqa
   Müsahibə
   Köhnə Dünya
   Gündəm
   DÇ-2010
   Türkiyə
   Araşdırma
   Forum
 





Dramatik oyun, “qırılan” sindrom, acı sonluq ( 2010-07-23 )

“Lex”- “İnter” 0:1
(penaltilər seriyası ilə 9:8)
Qol: G. Karlsons, 84
Oyunsonrası penaltilər: Bosaçki - 1:0; Zlatinov - 1:0 (qapıçı); Krivest - 1:0 (qapıçı); Karlsons - 1:1; Peçko - 1:1 (qapıçı); Odikadze - 1:2; Kyelb - 2:2; Kruqlov - 2:2; Qançarzik - 3:2; Assioli - 3:3; Vilk - 4:3; Levin - 4:4; İnyaç - 5:4; Daşdəmirov - 5:5; Voytkovyak - 6:5; çertoqanov - 6:6; Arboleda - 7:6; Kandelaki - 7:7; Stiliç - 8:7; çervenka - 8:8; Kotorovski - 9:8; Lomaya - 9:8
“Lex” (Polşa): 27. Kristof Kotorovski, 2. Severin Qançarzik, 5. Manuel  Arboleda, 19. Bartoz Bosaçki (k), 22. Qreqor Voytkovyak, 3. İvan Corceviç (7. Yakub Vilk, 98), 10. Sergey Krivets, 14. Semir Stiliç, 17. Slavomir Peçko, 21. Dmitri İnyaç, 18. Artur Vişnyarek (8. Yaçek Kyelb, 78)
Baş məşqçi: Yatsek Zelinski
“İnter” (Azərbaycan): 1. Georgi Lomaya, 4. Danildo Assioli, 7. Nizami Hacıyev (6. Dmitri Kruqlov, 46), 8. Aleksandr çertoqanov, 13. Bronislav çervenka, 14. Petar Zlatinov, 15. Vladimir Levin (k), 18. İlya Kandelaki, 19. David Odikadze, 32. Robertas Poşkus (20. Girts Karlsons, 81), 88. Kaxa Mjavanadze (21. Arif Daşdəmirov, 71)
Hakimlər: Miorad Maziç, Milovan Ristiç, Saşa Boqiçeviç, Milenko Vukadinoviç (Serbiya)
Baş məşqçi: Kaxaber Sxadadze
Poznan. “Miejski” stadionu, 13500 tamaşaçı
ölkəmizi çempionlar Liqasında təmsil edən “İnter”i Polşada “Lex”ə qarşı çətin oyun gözlədiyi əvvəlcədən də məlum idi. Bakıdakı ilk görüşdə aşağı səviyyəli oyun nümayiş etdirərək, rəqibinə 0:1 hesabı ilə məğlub olan “bankirlər”in Polşadakı cavab görüşündə qələbə qazanaraq, növbəti mərhələyə çıxacaqlarına, demək olar ki, heç kim inanmırdı. Bakıdakı matçdan fərqli olaraq, cavab görüşündə “İnter”in start heyətində bir azərbaycanlı futbolçunun adına rast gəldik. Belə ki, ilk dueldə meydançaya sonradan daxil olaraq, baxımlı oyun nümayiş etdirən Nizami Hacıyevə baş məşqçi Kaxaber Sxadadze bu dəfə start heyətində yer vermişdi.
Matça gəlincə, ilk hissə bütövlükdə meydan sahiblərinin ərazi üstünlüyü şəratində keçdi. 15-ci dəqiqəyə kimi polyak futbolçular Lomayanın qapısı qarşısında ardı-arası kəsilməyən hücumlar təşkil edirdilər. İlk yarım saatın tamamında “Lex”in belaruslu futbolçusu Sergey Krivetsin yerinə yetirdiyi cərimə zərbəsindən sonra hər şey komandamız üçün yaxşı qutardı. “İnter”in rəqib qapısı qarşısında yaratdığı ilk real qol vəziyyəti isə 31-ci dəqiqəyə təsadüf etdi. Litvalı hücumçu Robertas Poşkus qapıçı ilə təkbətək qalsa da, mübarizədən məğlub ayrıldı. Bunun cavabında isə meydan sahibləri Vişnyarekin ifasında az qala hesabı açacaqdılar. Lakin hücumçunun qapı istiqamətinə endirdiyi zərbədən sonra top dirəyi sürtərək, meydançanı tərk etdi. Beləliklə, fasiləyə qədər tablodakı sıfırlar dəyişmədi. İkinci hissə başlar-başlamaz komandamız Aleksandr çertoqanovun uzaq məsafədən təhlükəli zərbəsindən sonra hesabı aça bilərdi. Bu dəqiqələrdə “İnter”in müdafiəçiləri etibarlı oyunla yadda qalırdılar. Görüş boyu gözə dəyməyən Kaxaber Mjavanadzeni sona yarım saat qalmış Arif Daşdəmirov əvəzlədi. Matçda son dəqiqələr yaxınlaşdıqca komandamızın növbəti mərhələyə çıxmaq şansları azalırdı. Lakin hakimin final fitinə 6 dəqiqə qalmış Karlsons “İnter”ə həyat verən qola imza atdı. Arif Daşdəmirovun sağ cinahdan ötürməsindən sonra qapıya zərbə endirən Zlatinovun qarşısını rəqib qapıçı Kotorovski alsa da, dönən topa hamıdan tez çatan Karlsons hesabı açdı. 90 dəqiqə elə bu hesabla da başa çatdı. ümumi hesab 1:1 olduğundan komandalar daha 30 dəqiqə mübarizə aparmalı oldular. Bu vaxt ərzində də hesab dəyişmədiyindən növbəti mərhələyə çıxacaq tərəfin kimliyinə aydınlıq gətirmək üçün onbirmetrlik cərimə zərbələrinə ehtiyac duyuldu. Təəssüf ki təmsilçimiz burada uğursuzluğa düçar oldu. Belə ki, penaltilərdə daha dəqiq oynayan “Lex”in futbolçuları növbəti mərhələyə vəsiqə qazandılar. Onların bu mərhələdəki rəqibi çexiyanın “Sparta” klubu olacaq. “İnter”in 90 dəqiqəyə görə qələbəsi klub və yığma səviyyəsində Polşa komandaları üzərindəki ilk qalibiyyətimiz oldu.
Kaxaber Sxadadze: “Bu qarşılaşma həm Polşa, həm də Azərbaycandakı azarkeşlərə böyük həyəcan yaşatdı. çünki hamı böyük intizarla bu oyunu gözləyirdi. Azərbaycanda çoxları bizim səfərdə qələbə qazanacağımıza inanmırdı. Amma biz ləyaqətlə mübarizə apardıq. Mən Bakıdakı məğlubiyyətə və iki oyunun nəticəsinə görə növbəti mərhələyə çıxa bilməməyimizə rəğmən, bu gün meydançada canını qoyan futbolçularıma təşəkkür edirəm. Fəxr edirəm ki, belə bir komandanın baş məşqçisiyəm. Bizim mərhələ adlamağımıza Bakıdakı ilk qarşılaşmada uduzmağımız mane oldu. Hər iki komandanın oyunçuları bu görüşdə çoxlu güc sərf etdilər. Hər iki tərəfin çox sayda qol imkanı oldu. Ancaq cütün taleyini penaltilər həll etdi. Penalti lotoreyadır. Kimin bəxti gətirirsə, qələbə qazanır. Təəssüf edirəm ki, bu lotoreyada bəxti gətirməyən məhz biz olduq”.
Yatsek Zelinski: “İnter”lə oyunda ömrümün 10 ilini itirdim. Azarkeşlərimiz də çox məyusdurlar. Dəhşətli idi. Mən hələ ilk oyundan sonra demişdim ki, hər şey bitməyib, Avropada zəif komanda yoxdur. ägər ilk 15 dəqiqədəki imkanlardan istifadə etsəydik, belə olmazdı. Futbolçularımız da penaltilər seriyasında çox əsəbiləşdilər”.

      
Bu xəbər 95 dəfə oxunub.
 
Yazarlar
Futbol, yoxsa “top-top”
Ürfan Məmmədli 
 
Baş məşqçinin anlamadığı şey - dua
Enes Cansever 
 
“Bakı” növbəti zərbəni Salyanda aldı
Anar Xanlarov 
 
Bəlkə “Qarabağ”ı milliləşdirək?
Asif Vahidoğlu 
 
“Türkiyələşən” mətbuatımız
Ruslan Sadıqov 
 
Cabbarovun məntiqi, yaxud özünəməxsus uzaqlaşdırma
Elgiz Abbasov 
  


Ən çox oxunanlar
İstifadə müddəti başa çatan “ulduzlar”
“Fənərbağça”nın “100-ü” güldü
Ermənilərə qarşı oyunda millimizi gözləyən təhlükə
“NEFTÇİ” ÇEMPİON!!!
Proqnozlarımızı alt-üst edən xoş sensasiya
“Xəzər-Lənkəran” sindromu qırdı
Baş məşqçinin anlamadığı şey - dua
Samir Əliyevin 90 dəqiqəsi
Futbolumuzda Ronaldinyolar yetişə bilər. “Çempion” qəzetinin AFFA və AGİN-ə müraciəti
İfrat legionerləşməyə aparan yolumuz
 

Copyright © 2007 Champion
Proqramçı Tərlan Mahmudov