Həyəcan başlayır!

Ana səhifə Haqqımızda Abunə və Reklam Multi-Media Arxiv
Qəzetimizin son nömrəsi
   Ölkə Futbolu
   Ölkə İdmanı
   Dünya Futbolu
   Dünya İdmanı
   Klublar
   Premyer Liqa
   Müsahibə
   Köhnə Dünya
   Gündəm
   DÇ-2010
   Türkiyə
   Araşdırma
   Forum
 





Futbolçuların püşkə münasibətləri ( 2010-07-23 )
Bir neçə gün öncə  AFFA-nın mənzil-qərargahında Azərbaycan Premyer Liqasının 2010/2011 mövsümünün püşkü atıldı. Təqvim artıq bəllidir. Azarkeşlərin ilk turda bir neçə maraqlı oyunun şahidi olacaqlarını indidən söyləmək mümkündür. Biz isə Premyer Liqada iştirak edəcək bəzi komandaların futbolçularından püşk barədə fikirlərini öyrəndik.
Vladimir Levin (“İnter”): “Artıq püşk atıldığından, bizə yalnız fikir söyləmək qalır. İlk turda Tovuza səfər etməli olacağıq. Məncə, ilk turda “Turan”la qarşılaşmaq bizim üçün müəyyən qədər düşərlidir. Rəqibimiz heç də asan məğlub ediləcək kollektiv deyil. ümumiyyətlə, “Turan” evdə həmişə çox baxımlı oynayan və uğurlu nəticələr əldə edən komandadır. Yeni mövsüm üçün yaxşı kollektiv də qurduqlarını eşitmişəm. Buna baxmayaraq, çempionluğu yenə heç kimə vermək fikrimiz yoxdur. Yalnız çempionluğa oynayacağıq. Bunun üçün ilk turlarda qələbələri sıralamaq lazımdır. Bu halda, komandadakı əhvali-ruhiyyədə yüksək olacaqdır”.
Nuqzar Kvirtiya (AZAL): “İlk turda “Bakı” ilə qarşılaşmaq bizim üçün əlavə üstünlükdür. çünki onları məğlub edib, çempionata 3 xalla start götürsək, inanıram ki, elə bu yolla da gedəcəyik. Bir neçə gün öncə yoldaşlıq matçında onlarla qarşılaşdıq və başabaş mübarizə apardıq. Həmin oyunu çempionatın ilk turunda da sərgiləməyə çalışacağıq. Bizim kimi onlar da adi insanlardır. Gələn mövsümdə əsas məqsədimiz Avropa Liqasına vəsiqə qazanmaq olacaq. çempionat ərzində bütün çətinliklərə dözərək, hədəfimizə çatacağımıza inanıram”.
Pavels Doroşevs (“Qəbələ”): “Məncə, ilk turda rəqibin kimliyindən asılı olmayaraq, 3 xalı qazanmaq lazımdır. çünki start üçün bu, çox önəmlidir. Elə bu səbəbdən də “Xəzər Lənkəran”ı məğlub etməyə çalışacağıq. “Xəzər Lənkəran” və yaxud digər klubun bizim üçün fərqi yoxdur. äsas odur ki, öz məqsədimiz üçün oynayaq. Bir neçə yeni transfer də etmişik və daha iddialı vəziyyətdəyik”.
Elxan Cəbrayılov (MOİK): “İlk turdakı rəqibimizi püşk atılan günü bildik. “Muğan” iki il ərzində çox “artırıb”. Həqiqətən də düz yolda olduqlarının şahidiyik. çempionatın start oyununda onlara qarşı oynamaq çox maraqlı olacaq. Bəxtimiz gətirib ki, ilk turda Salyan təmsilçisi ilə qarşılaşırıq. çünki “Xəzər Lənkəran”, “Neftçi”, “Bakı”ya nisbətən, “Muğan”la bacarmaq olar. Gənc azərbaycanlı futbolçulardan qurulmuş kollektivimiz var. Məncə, bizi dəstəkləmək üçün stadiona çoxlu azarkeşlər də gələcəklər. Bundan əlavə, bəlkə də hər oyunumuzda əsgər qardaşlarımız da olacaq. Premyer Liqaya yeni vəsiqə qazanmışıq. Buna görə də ilk matçımızda qələbə qazanmaq niyyətindəyik. İnşallah, hər şey istədiyimiz kimi alınar. Qarşıdakı mövsümdə Azərbaycan çempionatının daha güclü və çətin keçəcəyini söyləmək olar”.
Ramal Hüseynov (“Gəncə”): “öncə onu deyim ki, əsas məqsədimiz ilk “altılıq”da yer almaqdır. Ona görə də çempionata çox ciddi hazırlaşırıq. Bunun üçün heyətə yeni futbolçular dəvət edilir. Biz Gəncədəki futbolu yaşatmaq istəyirik. Püşk ilk turda bizi “Simurq”la üz-üzə qoydu. Eşitdiyimə görə, onlar yerli gənc futbolçulardan ibarət komanda qururlar. Buna baxmayaraq, “Simurq” hər zaman güclü və sonacan mübarizə aparan komanda olub. Bu səbəbdən də rəqiblə oyun bizim üçün ciddi xarakter daşıyacaq. Meydançaya yalnız qələbə üçün çıxacağıq”.
Rasim Ramaldanov (“Simurq”): “Heyətimiz yerli futbolçulardan təşkil olunacaq. çempionat zamanı qarşımızda duran məqsəd ilk “altılığ”a düşməkdir. Baş məşqçimiz də bir neçə ölkədə, həmçinin Azərbaycanda “Bakı”da işləmiş, ölkə çempionu olmuş bir mütəxəssisdir. Heyətimizin yerli gənclərdən qurulmasına baxmayaraq, məncə, məşqçimizin də tapşırıqları ilə uğur qazana biləcəyik. İlk turda səfərdə “Gəncə” ilə qarşılaşacağıq. Rəqib barədə bir neçə məlumat toplamışıq. Heyətlərində çoxdan tanıdığımız futbolçular var. Buna baxmayaraq, meydançaya yalnız 3 xal qazanmaq üçün çıxacağıq. Elə çempionatdakı ilk qələbəmiz də “Gəncə” üzərində olacaq”.

      
Bu xəbər 75 dəfə oxunub.
 
Yazarlar
Futbol, yoxsa “top-top”
Ürfan Məmmədli 
 
Baş məşqçinin anlamadığı şey - dua
Enes Cansever 
 
“Bakı” növbəti zərbəni Salyanda aldı
Anar Xanlarov 
 
Bəlkə “Qarabağ”ı milliləşdirək?
Asif Vahidoğlu 
 
“Türkiyələşən” mətbuatımız
Ruslan Sadıqov 
 
Cabbarovun məntiqi, yaxud özünəməxsus uzaqlaşdırma
Elgiz Abbasov 
  


Ən çox oxunanlar
İstifadə müddəti başa çatan “ulduzlar”
“Fənərbağça”nın “100-ü” güldü
Ermənilərə qarşı oyunda millimizi gözləyən təhlükə
“NEFTÇİ” ÇEMPİON!!!
Proqnozlarımızı alt-üst edən xoş sensasiya
“Xəzər-Lənkəran” sindromu qırdı
Baş məşqçinin anlamadığı şey - dua
Samir Əliyevin 90 dəqiqəsi
Futbolumuzda Ronaldinyolar yetişə bilər. “Çempion” qəzetinin AFFA və AGİN-ə müraciəti
İfrat legionerləşməyə aparan yolumuz
 

Copyright © 2007 Champion
Proqramçı Tərlan Mahmudov