Həyəcan başlayır!

Ana səhifə Haqqımızda Abunə və Reklam Multi-Media Arxiv
Qəzetimizin son nömrəsi
   Ölkə Futbolu
   Ölkə İdmanı
   Dünya Futbolu
   Dünya İdmanı
   Klublar
   Premyer Liqa
   Müsahibə
   Köhnə Dünya
   Gündəm
   DÇ-2010
   Türkiyə
   Araşdırma
   Forum
 





“Qızıl top”a namizədlərdən kim kuboku qazana bilər? ( 2010-07-23 )

Bu ilin sonlarında FİFA və “France Football” birlikdə dünyanın ən yaxşı oyunçusuna “Qızıl top” mükafatı verəcəklər. Düzdür, namizədlərin adları hələ açıqlanmayıb. Bəs görəsən, bu mükafat kimə verilə bilər? Əlbəttə, indi bunu müəyyənləşdirmək bir qədər tezdir. Ancaq ötən mövsümün sonu və mundialda özünü ən yaxşı tərəfdən göstərənlər bu adı almağa ən real namizədlər sayılır. Biz də həmin namizədlərin adlarını açıqlayacağıq. Qeyd edək ki, Miroslav Kloze, Ueyn Runi, Frenk Lempard kimilərinin adlarına bu siyahılda rast gəlməyəksiniz. çünki onlar mundialı boşa veriblər, çətin ki, bu titula layiq görülsünlər.

Bir “qol maşını”
Bu mövsümün ən yaxşı futbolçularından olan David Vilya sabit çıxışı ilə seçilir. Müdafiəçilərin qorxulu röyasına çevrilən forvard istənilən müdafiə xətti və qapıçını məyus edə bilər. İspaniya yığmasının hücumçusu 3 ildir ki, yüksək səviyyədə çıxış edir. 2008-ci ildə Avropa çempionu olan forvard bu il də yenə diqqət çəkir. “Valensiya”da Primeroda 21 qol vurub 5 məhsuldar ötürmə verən Vilya komandasını çempionlar Liqasına çıxardı. Avropa Liqasında 4 məhsuldar ötürmə və 7 qolla yadda qalan hücumçu gələn mövsümü “Barselona”da keçirəcək. Mundialda 5 qol vuraraq İspaniyanın dünya çempionu olmasında əsas pay sahiblərindən biri olan Vilyanın “Barselona”da daha yaxşı il keçirəcəyini gözləmək olar. Əslində ilin sonunda o mükafatı başı üzərinə qaldırsa, təəccüblənməyə dəyməz.

Titullardan doymayan “ürək”
“Barselona”nın yenə də əvəzedilməz futbolçusu seçilən Xavi Ernandes komandasının “ürəyidir”. İstənilən hücumu başlayan yarımmüdafiəçi zərbələri ilə də diqqət cəlb edir. İspaniya yığmasının üzvü qolları ilə də diqqət cəlb edir. Dünya çempionatında da göz oxşayan futbol nümayiş etdirən Xavi titullar qazanıb. Yalnız çempionlar Liqası Kubokunu qazanmaması onun mənfi cəhəti sayıla bilər.

Ən yaxşı qapıçı indi odur
İlin ən yaxşı oyunçusu adını almağa namizədlər içində yeganə qapıçı kimi İker Kasilyasın adını çəkmək olar. Düzdür, “Real” il ərzində heç bir titul qazana bilmədi. Ancaq İker əla oyunu ilə seçildi. Dünya çempionatında etibarlı oyun nümayiş etdirən qolkiper Paraqvayla oyunda penalti zərbəsini dəf etməklə və ardıcıl 4 oyunda qol buraxmaması ilə diqqət çəkdi. Ona mane ola biləcək yeganə amil “Real”ın uğursuz mövsüm keçirməsidir.

Ayağından ən çox zərbə alan futbolçu
Aryen Robben çox vaxt zədədən əziyyət çəkir. Buna səbəb daha çox rəqib futbolçuların ona qarşı kobudluqları olur. Hər oyunda onun ayağına endirilən zərbələri saysaq, Robbenin futbol oynamasının özü belə möcüzə sayıla bilər. O, “Bavariya” ilə birgə Almaniya çempionu oldu və kuboku qazandı. Mundialın gümüş medalını qazanan Robben əksər cəhətlərinə görə mükafata layiqdir.

“Alman maşını”
Bastian Şvaynştayger həm qazandığı titullarla, həm nümayiş etdirdiyi oyunla diqqət cəlb edib. “Bavariya”da iki titul qazanan yarımmüdafiəçi çempionlar Liqasının finalında uduzdu. Almaniya yığması ilə birgə isə bürünc medal qazandı.

“Xilaskar”
Dieqo Forlan üçün əla mövsüm keçdi. “Atletiko” ilə birgə Avropa Liqası Kubokunu qazanan hücumçu mundialda da  yaxşı çıxış etdi. Ortabablardan olan Uruqvay yığmasında 5 qol vuran Forlan 4-cü yeri tutdu. O bu çıxışını ilin ikinci yarısında da davam etdirsə, mükafatı qazana bilər.

Ən gənc namizəd
ötən il parlayan Tomas Müller hələ də “sönməyib”. “Bavariya”nın qazandığı uğurlarda xüsusi pay sahibi olan gənc hücumçu Almaniya yığmasının da əsas qol ümidlərindəndir. Dünya çempionatında 5 qol vuraraq ən məhsuldar oyunçu olan Müller ən yaxşı oyunçu adını qazana bilər..

Bircə Dünya Kuboku da olsaydı...
“İnter”lə birlikdə İtaliya çempionluğunu, İtaliya Kuboku, çempionlar Liqası Kubokunu qazanan Uesli Sneyder dünya çempionu da olsaydı, yüz faiz dünyanın ən yaxşı futbolçusu seçilərdi. Ona mane olacaq yeganə amil də məhz budur. Yeri gəlmişkən, Sneyder ən real namizədlərdən sayılır.

Ən yaxşılar real namizəd deyillər
Lionel Messi və Kriştianu Ronaldo dünyanın ən yaxşı futbolçuları sayılırlar. Əslində hər ikisi klubunda əla mövsüm keçiriblər. “Barselona” və “Real” gözəl nəticələr qazanıblar. Birincinin mənfi cəhəti Argentinaın ¼ finalda uduzması və çempionlar Liqasındakı uğursuzluqdur. Bu mənada Kriştianu daha çox itirdi. O, mövsümü, ümumiyyətlə, titulsuz başa vurdu.

Mükafatçılar, lakin şansları az olanlar
Duqlas Maykon - “İnter”lə birgə bütün mümkün titulları qazanan braziliyalı müdafiəçi də ilin ən yaxşısı ola bilər. Lakin o, mundialı boşa verdi. Andres İnyesta İspaniya ilə birgə dünya çempionu və İspaniya çempionu oldu. Ancaq Primeronun əksər oyunlarını zədə üzündən buraxması onun əleyhinə işləyən əsas məqamdır.
Mehman

      
Bu xəbər 68 dəfə oxunub.
 
Yazarlar
Futbol, yoxsa “top-top”
Ürfan Məmmədli 
 
Baş məşqçinin anlamadığı şey - dua
Enes Cansever 
 
“Bakı” növbəti zərbəni Salyanda aldı
Anar Xanlarov 
 
Bəlkə “Qarabağ”ı milliləşdirək?
Asif Vahidoğlu 
 
“Türkiyələşən” mətbuatımız
Ruslan Sadıqov 
 
Cabbarovun məntiqi, yaxud özünəməxsus uzaqlaşdırma
Elgiz Abbasov 
  


Ən çox oxunanlar
İstifadə müddəti başa çatan “ulduzlar”
“Fənərbağça”nın “100-ü” güldü
Ermənilərə qarşı oyunda millimizi gözləyən təhlükə
“NEFTÇİ” ÇEMPİON!!!
Proqnozlarımızı alt-üst edən xoş sensasiya
“Xəzər-Lənkəran” sindromu qırdı
Baş məşqçinin anlamadığı şey - dua
Samir Əliyevin 90 dəqiqəsi
Futbolumuzda Ronaldinyolar yetişə bilər. “Çempion” qəzetinin AFFA və AGİN-ə müraciəti
İfrat legionerləşməyə aparan yolumuz
 

Copyright © 2007 Champion
Proqramçı Tərlan Mahmudov