Həyəcan başlayır!

Ana səhifə Haqqımızda Abunə və Reklam Multi-Media Arxiv
Qəzetimizin son nömrəsi
   Ölkə Futbolu
   Ölkə İdmanı
   Dünya Futbolu
   Dünya İdmanı
   Klublar
   Premyer Liqa
   Müsahibə
   Köhnə Dünya
   Gündəm
   DÇ-2010
   Türkiyə
   Araşdırma
   Forum
 





Dünya çempionatı haqqında daha bir yazı ( 2010-07-23 )
CAR-da keçirilən dünya çempionatı başa çatsa da, mundial haqqında söhbətlər səngimir. Bu dəfə də dünyanın ən böyük yarışı barədə yazacağıq. Mövsümü yaxşı, mundialı pis keçirənlər və ya tərsinə olanlar, eləcə də futbolçuların Dç-dəki çıxışlarını dəyərləndirəcəyik.

Yaxşı mövsüm, pis mundial

Ueyn Runi
“Mançester Yunayted”də mövsümü cəmi bir kubokla tamamlasa da, 24 yaşlı ulduz il ərzində əla çıxış etdi. Kriştianu Ronaldonun gedişindən sonra liderliyi üzərinə götürən hücumçu 34 qol vurdu. Lakin o, dünya çempionatında hər kəsi məyus etdi. Turnir boyunca bir qol belə vura bilmədi.

Frenk Lempard
”çelsi”nin döyünən ürəyi olan Lempard 22 qol vurdu. Yarımüdafiəçi üçün super göstərici olan bu nəticə ilə Frenk həm də “zadəganlar”ın ili iki titulla başa çatdırmasında xüsusi rol oynadı. İngiltərə yığmasının heyətində isə o, heç nə edə bilmədi. Yalnız Almaniya ilə qarşılaşmada haqsız olaraq, hesaba alınmayan qolu ilə yadda qaldı.

Daniele de Rossi
O qədər də güclü olmayan “Roma”nın heyətində forvard klubunun çempionluğu qazanması üçün sona qədər çalışdı. Əla oyun nümayiş etdirən yarımmüdafiəçi sonda gümüş medal qazandı. Dç-də isə İtaliya yığmasının heyətində ən zəiflərdən idi. İtalyanların qrupdan çıxa bilməməsi onun da nüfuzuna zərbə vurdu.

Kriştianu Ronaldo
çox yüksək qiymətə “Real”a keçən Kriştianu mövsümü titulsuz başa çatdırdı. Bununla belə, portuqaliyalı 33 qol vurması və gözəl oyunu ilə yaddaşlarda özünə yer etdi. CAR-da isə həmin Ronaldonun yalnız “kölgəsini gördülər”.

Pis mövsüm, yaxşı mundial

Miroslav Kloze
ötən mövsümün gedişində onun haqqında “Kloze tükənib” deyirdilər. “Bavariya”da keçirdiyi 25 oyunda cəmi 3 qol vuran hücumçunun mundiala aparılması da bir çoxlarında narazılıq yaratdı. Lakin o, vurduğu 4 qolla Yoaxim Lövü seçiminə görə utandırmadı.

Lukas Podolski
Köhnə komandası “Köln”ə böyük ümidlərlə qayıdan 25 yaşlı oyunçunun ümidləri doğrulmadı. Onun aldığı böyük pullar müqabilində nümayiş etdirdiyi oyun çox tənqidə məruz qaldı. Mundialda isə Podolski əla oyunu ilə diqqət çəkdi. Görünür, onun oyunu yalnız yığmada əla alınır.

Aleksis Sançes
”Udineze”də çox pis mövsüm keçirən Aleksis Sançes bunun əvəzini mundialda çıxdı. çilinin 1/8 finala çıxmasında onun böyük xidmətləri oldu.

Yaxşı mövsüm, yaxşı mundial

Luis Suares
Dünya çempionatında yaxşı oyunu gözlənilməyən futbolçulardan biri olan Luis Suares hər kəsi təəccübləndirə bildi. “Ayaks”ın heyətində çıxış edən uruqvaylı hücumçu Hollandiya çempionatında “at oynatdı” O, vurduğu 35 qolla çoxlarını geridə qoydu. Dünya çempionatında da o, diqqətləri üzərinə çəkməyi bacardı. Dünya çempionatında da yaxşı oyun nümayiş etdirən Suares, xüsusilə Qana ilə görüşdə diqqəti cəlb etdi. O, qarşılaşmanın 120-ci dəqiqəsində topu əllə qapıdan çıxararaq, komandasını qoldan xilas etdi və Uruqvay millisi yarımfinala çıxdı. O, vurduğu qollarla da yadda qaldı.

Dieqo Forlan
Forlan üçün mövsümü super adlandırmaq da mümkündür. “Atletiko” ilə əla oyun nümayiş etdirən uruqvaylı hücumçu komandasını uğurdan-uğura daşıdı. İspaniya çempionatında 18 qol vuran forvardın əsl gücü Avropa Liqasında üzə çıxdı. O vurduğu 7 qolla komandasının kuboku başı üzərinə qaldırmasına kömək etdi. Dünya çempionatında isə o qədər də güclü olmayan Uruqvay yığmasının lideri oldu. O vurduğu 5 qolla cənubi amerikalıları yarımfinala qədər çıxartdı.

Bastian Şvaynştayger
Almaniyalı gənc sabit oyunu ilə seçilir. Rəqib hücumlarını dağıtmağı, uzaqdan zərbə vurmağı gözəl bacaran yarımmüdafiəçi ara-sıra yaxşı ötürmə də verə bilir. Lui van Qalın daim güvəndiyi oyunçulardan olan Şvaynştayger “Bavariya” ilə birgə iki titul qazandı. çempionlar Liqasının isə yalnız finalında uduzdu. Almaniya yığmasının dünya üçüncüsü olaraq, ardıcıl ikinci dəfə gümüş medal qazanmasında onun xüsusi payı var idi.

Tomas Müller
Mövsümün əvvəlində heç kimin tanımadığı oyunçuya van Qal şans verəndə hər kəs onu qınadı. Amma almaniyalı hücumçu ardıcıl bir neçə əla oyun keçirərək, tənqidçiləri susdurmağı bacardı. Bundesliqada “Bavariya”nı 13 dəfə sevindirən 21 yaşlı hücumçu avrokuboklarda da 3 dəfə fərqləndi. Bir ilə Almaniya yığmasının əsas heyət oyunçusuna çevrilən Müller mundialda super çıxış etdi. CAR-da 5 qol vuran Müllerin cəzalı olması almanların yarımfinalda ispanlara uduzması ilə nəticələndi.

Uesli Sneyder
“Real”ın vaxtilə transferə çıxardığı Uesli Sneyder ötən mövsümdə qaranlıq səmada şimşək kimi parladı. Joze Maurinyonun rəhbərlik etdiyi “İnter”in döyünən ürəyi olan hollandiyalı klubunda fantastik mövsüm keçirdi. İtaliya çempionu olan, ölkə kubokunu qazanan yarımmüdafiəçi çempionlar Liqasının kubokunu başı üzərinə qaldırdı. Dünya çempionatında 5 qol vuran Sneyderin mövsümü 4 titulla qapamasına yalnız ispanlar əngəl oldular.

Aryen Robben
“Real”ın əldən buraxdığı digər hollandiyalı “Bavariya”da liderliyi üzərinə götürdü. Bundesliqada 24 qol vuran Robben çL-də də 4 dəfə fərqləndi. Yarımmüdafiəçi olmasına baxmayaraq, qol vurmağı əla bacaran Hollandiya yığmasının üzvü mundialda da diqqət mərkəzində oldu. İlk iki görüşü zədə üzündən buraxan Robben digər oyunlarda əla oynadı. Yalnız final istisna idi. O, iki imkanı əldən verməklə, hollandların kuboku başı üzərinə qaldırmasına mane oldu.

David Vilya
Super bombardir artıq verdiyi ötürmələrlə də diqqət çəkir. “Valensiya”da əla mövsüm keçirən ispaniyalı hücumçu Primeroda 21 qol vurub, 5 məhsuldar ötürmə verdi. Avropa Liqasında 4 məhsuldar ötürmə və 7 qolla yadda qalan hücumçu mövsüm qurtaran kimi, “Barselona”ya transfer edildi. O, mundialda 5 qol vuraraq İspaniyanın dünya çempionluğun qazanmasında olmasında əsas pay sahiblərindən biri oldu.

Pis mövsüm, pis mundial

Frank Riberi
“Bavariya”nın ən çox ümid bəslədiyi futbolçulardan olan Riberi tez-tez zədələnməsi ilə diqqət çəkdi. Transferə çıxması ilə əsəbləri gərginləşdirən fransalı ulduz avrokuboklarda pis çıxış etmədi. Hərçənd, “Lion”la oyunda qırmızı vərəqə alaraq, finalda Münxen klubuna kömək edə bilmədi. Onun lideri olduğu Fransa yığması isə dünya çempionatında rüsvay oldu.

Tyerri Anri
“Barselona”nın ehtiyat oyunçular skamyasının daimi üzvünə çevrilən daha bir fransalı ulduz zəif təsir bağışladı. Mundialda da zəif çıxış edən Fransa yığması kimi, onun da uğursuzluğu diqqətdən qaçmadı. Anri daha çox İrlandiya ilə pley-off oyununda əllə məhsuldar ötürmə verməsi ilə diqqət çəkdi.

Felipe Melo
“Yuventus”la olduqca uğursuz mövsüm keçirən braziliyalı yarımmüdafiəçi dünya çempionatında da zəif təsir bağışladı.

Mehman

      
Bu xəbər 62 dəfə oxunub.
 
Yazarlar
Futbol, yoxsa “top-top”
Ürfan Məmmədli 
 
Baş məşqçinin anlamadığı şey - dua
Enes Cansever 
 
“Bakı” növbəti zərbəni Salyanda aldı
Anar Xanlarov 
 
Bəlkə “Qarabağ”ı milliləşdirək?
Asif Vahidoğlu 
 
“Türkiyələşən” mətbuatımız
Ruslan Sadıqov 
 
Cabbarovun məntiqi, yaxud özünəməxsus uzaqlaşdırma
Elgiz Abbasov 
  


Ən çox oxunanlar
İstifadə müddəti başa çatan “ulduzlar”
“Fənərbağça”nın “100-ü” güldü
Ermənilərə qarşı oyunda millimizi gözləyən təhlükə
“NEFTÇİ” ÇEMPİON!!!
Proqnozlarımızı alt-üst edən xoş sensasiya
“Xəzər-Lənkəran” sindromu qırdı
Baş məşqçinin anlamadığı şey - dua
Samir Əliyevin 90 dəqiqəsi
Futbolumuzda Ronaldinyolar yetişə bilər. “Çempion” qəzetinin AFFA və AGİN-ə müraciəti
İfrat legionerləşməyə aparan yolumuz
 

Copyright © 2007 Champion
Proqramçı Tərlan Mahmudov