Komandamız üçüncü mərhələdə “Visla” ilə qarşılaşacaq
“Qarabağ” - “Portadaun” 1:1 İlk oyun 2:1 Qollar: Ə. İsmayılov, 83 - K. Braniff, 71 “Qarabağ” (Azərbaycan): 1. Fərhad Vəliyev (k), 5. Maksim Medvedev, 6. Rəşad Sadiqov, 9. Elvin Məmmədov (17. Vüqar Nadirov, 62), 11. Rauf Əliyev (8. Aslan Kərimov, 75), 13. Samir Abasov, 14. Rəşad Sadıqov, 22. Əfran İsmayılov, 24. Admir Teli, 25. Ansi Aqolli, 77. Georgi Adamiya Baş məşqçi: Qurban Qurbanov “Portadaun” (Şimali İrlandiya): 1. David Miskelli, 2. Şon Makle (20. Kristofer Koleman, 90), 3. Ross Redman, 4. Keyt O’Hara (k), 5. Kristofer Ramsey, 7. Uesli Boyl, 8. Riçard Klark (19. David Makkuloq, 85), 10. Kevin Braniff, 11. Timoti Maunsi, 12. Alan Teqqart (15. Aaron Hayre, 69), 22. Neyl Makkaferti Baş məşqçi: Roni Makfol Sarı vərəqələr: K. Ramsey, 36; K. O'Hara, 91 Hakimlər: İqor Pristovnik, Sinişa Premuzay, Boşko Vukuşiç, Vlado Svilokos (Xorvatiya) 22 iyul. Bakı, Tofiq Bəhrmov adına Respublika stadionu Dünən Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları keçirildi. ötən həftə Şimali İrlandiyanın “Portadaun” komandasını səfərdə 2:1 hesabı ilə məğlub etməyi bacaran Ağdamın “Qarabağ” klubu bu dəfə doğma meydançada, öz azarkeşləri qarşısında rəqibi sınağa çəkdi. Baş məşqçi Qurban Qurbanov albaniyalı müdafiəçilər Ansi Aqolli və Admir Telini yenidən əsas heyətə qaytarmışdı. Qarşılaşma “Qarabağ”ın hücumları ilə başladı. Artıq ilk 3 dəqiqədə “Qarabağ”lı futbolçular 2 dəfə küncdən zərbə yerinə yetirsələr də, rəqib komandanın müdafiəçiləri sayıqlığı itirmədilər. 4-cü dəqiqədə Əfran İsmayılov iti bucaq altında qüvvətli zərbə endirsə də, rəqib qolkiper son anda topu dəf edə bildi. Qarşılaşmanın əvvəllərindən “Qarabağ”lı futbolçular topa daha çox sahib olurdular. “Portadaun”lu oyunçular ancaq öz cərimə meydançalarından təhlükəni uzaqlaşdırmaqla məşğul idilər. 15-ci dəqiqədə Rəşad Sadiqovun uzaq məsafədən vurduğu qüvvətli zərbə dirəyin yaxınlığından keçdi. Getdikcə hücumlarının kəsərini artıran Qurban Qurbanovun yetirmələri 16-26-cı dəqiqələrdə ard-arda 6-7 dəfə rəqib qapıçı ilə dueldən qalib ayrıla bilmədilər. “Portadaun”lu qolkiper hər dəfə azərbaycanlı azarkeşlərin sevinməsinə mane oldu. 36-cı dəqiqədə Ramsey Əfranı kobudluqla dayandırdığı üçün sarı vərəqə ilə cəzalandırıldı. Təyin olunmuş cərimə zərbəsini yerinə yetirən Rəşad Sadıqov istəyinə çata bilmədi. Bundan cəmi 4 dəqiqə sonra yenə kobudluqdan sonra topun arxasına Rəşad keçdi. Ancaq bu dəfə də onu zərbəsi qeyri-dəqiq alındı. İlk hissə ərzində “Qarabağ”lı futbolçular saysız-hesabsız qol imkanları əldə etmələrinə baxmayaraq, bunlardan yararlana bilmədilər. Fasilədən sonra oyuna şimali irlandiyalılar daha fəal başladılar. 49-cu dəqiqədə Rəşad-Əfran-Rəşad kombinasiyasını sonuncu dəqiq zərbə ilə tamamlamağa borclu olsa da, onun yaxın məsafədən zərbəsi qapının azacıq üstündən keçdi. Bundan cəmi 5 dəqiqə sonra Əfran Miskelli ilə dueldən məğlub ayrıldı. İkinci hissənin bu dəqiqələri də “Qarabağ”ın üstünlüyü ilə keçirdi. Ancaq ağdamlı futbolçular inanılmaz vəziyyətləri boşa verdilər. 71-ci dəqiqədə qonaqlar hesabı açdılar. Kevin Braniff uzaq məsafədən güclü zərbə ilə Fərhadı məyus etdi - 0:1. Qoldan sonra daha da irəli atılan Ağdam təmsilçisi cəmi 12 dəqiqə sonra hesabı bərabərləşdirə bildi. Nəhayət, Əfran İsmayılov rəqib qapısına yola tapa bildi. Bundan sonra “Qarabağ” futbolçuları nə qədər çalışsalar da, qələbə qolunu vura bilmədilər. Buna baxmayaraq, Qurban Qurbanovun yetirmələri növbəti mərhələyə yüksələrək Polşa klubu “Visla”nın rəqibi oldular. Roni Makfol: “İlk oyundakı kimi “Qarabağ” yenə dəqiq ötürmələrlə, topla gözəl davranmaqla bizə çətin anlar yaşatdı. Onların çoxlu qol imkanları var idi. Amma biz hesabı açandan sonra onların bir qədər təşvişə düşdükləri göz qabağında idi. Onlara növbəti mərhələdə uğurlar arzulayıram”. Qurban Qurbanov: “çox ağır oyun oldu. Baxmayaraq ki, qələbə qazanmaq istəyirdik, amma bu arzumuza çata bilmədik. Azarkeşlərimiz də qələbəyə layiq idilər. Sevindirici məqam o oldu ki, bu dərəcədə çoxlu qol epizodu yaratmağa nail olduq. Ancaq növbəti mərhələ oyunlarında hər belə qol epizodundan maksimum yararlanmaq vacibdir”.
Bu xəbər 88 dəfə oxunub. |