Həyəcan başlayır!

Ana səhifə Haqqımızda Abunə və Reklam Multi-Media Arxiv
Qəzetimizin son nömrəsi
   Ölkə Futbolu
   Ölkə İdmanı
   Dünya Futbolu
   Dünya İdmanı
   Klublar
   Premyer Liqa
   Müsahibə
   Köhnə Dünya
   Gündəm
   DÇ-2010
   Türkiyə
   Araşdırma
   Forum
 





“Xəzər Lənkəran”ın yeni baş məşqçisi bəlli oldu! ( 2010-07-16 )
ölkəmizin iddialı klublarından olan “Xəzər Lənkəran”ın Avropa Liqasındakı uğursuz çıxışından sonra komandanın baş məşqçisi Ağasəlim Mircavadov istefa vermişdi. Boş qalmış postun yeni sahibi isə dünən bəlli oldu. Bu, rumıniyalı mütəxəssis Mirça Rednikdir. Rumıniyadan başqa, Belçika vətəndaşlığını da daşıyan mütəxəssis qarşıdakı iki il ərzində Lənkəran təmsilçisinə rəhbərlik edəcək. Dünən Türkiyənin İstanbul şəhərində Mübariz Mənsimovla görüşən rumıniyalı məşqçi ilə rəsmi razılıq əldə edilib. Rumıniya mətbuatının verdiyi məlumata görə, Rednik “Xəzər Lənkəran”dakı fəaliyyətinə görə bir ildə 500 min avro qazanacaq. 1962-ci il aprelin 9-da Rumıniyanın Hunedoara şəhərində anandan olan mütəxəssis futbolçu kimi “Kornivul”, “Dinamo”, “Rapid” (hamısı Rumıniya), “Bursaspor” (Türkiyə), “Sent-Truyden”, “Standard” (hər ikisi Belçika) klublarının formasını geyinib. Müdafiəçi 1981-1991-ci illər ərzində Rumıniya milli komandasının şərəfini qoruyub. Mirça milli forma ilə meydançaya çıxdığı 83 oyunda rəqib qapılarından iki top keçirib. Mirça Rednik baş məşqçi kimi ölkəsinin “Rapid” klubunda debüt edib. Bunun ardınca rumın mütəxəssis müxtəlif illərdə “Bakeu”, “Vasluy”, “Universitatya”, “Dinamo” (hamısı Rumıniya) və “Əl-Nəsr” (Səudiyyə Ərəbistanı) klublarında işəlyib. Mirçanın sonuncu iş yeri isə Rusiyanın “Alaniya” klubu olub.

      
Bu xəbər 113 dəfə oxunub.
 
Yazarlar
Futbol, yoxsa “top-top”
Ürfan Məmmədli 
 
Baş məşqçinin anlamadığı şey - dua
Enes Cansever 
 
“Bakı” növbəti zərbəni Salyanda aldı
Anar Xanlarov 
 
Bəlkə “Qarabağ”ı milliləşdirək?
Asif Vahidoğlu 
 
“Türkiyələşən” mətbuatımız
Ruslan Sadıqov 
 
Cabbarovun məntiqi, yaxud özünəməxsus uzaqlaşdırma
Elgiz Abbasov 
  


Ən çox oxunanlar
İstifadə müddəti başa çatan “ulduzlar”
“Fənərbağça”nın “100-ü” güldü
Ermənilərə qarşı oyunda millimizi gözləyən təhlükə
“NEFTÇİ” ÇEMPİON!!!
Proqnozlarımızı alt-üst edən xoş sensasiya
“Xəzər-Lənkəran” sindromu qırdı
Baş məşqçinin anlamadığı şey - dua
Samir Əliyevin 90 dəqiqəsi
Futbolumuzda Ronaldinyolar yetişə bilər. “Çempion” qəzetinin AFFA və AGİN-ə müraciəti
İfrat legionerləşməyə aparan yolumuz
 

Copyright © 2007 Champion
Proqramçı Tərlan Mahmudov