Həyəcan başlayır!

Ana səhifə Haqqımızda Abunə və Reklam Multi-Media Arxiv
Qəzetimizin son nömrəsi
   Ölkə Futbolu
   Ölkə İdmanı
   Dünya Futbolu
   Dünya İdmanı
   Klublar
   Premyer Liqa
   Müsahibə
   Köhnə Dünya
   Gündəm
   DÇ-2010
   Türkiyə
   Araşdırma
   Forum
 





Ərtuğrul Sağlam: “Yenə baş aktyorlar arasında olacağıq” ( 2010-07-16 )
ötən mövsümdə heç kimin gözləmədiyi halda Türkiyə çempionu olan “Bursaspor” ölkəsini çempionlar Liqasında da layiqincə təmsil etmək istəyir. “Timsah” bu məqsədlə hazırda Avstriyada təlim-məşq toplanışındadır. Komandanı anbaan izləyən türkiyəli həmkarlarımız isə “Bursaspor”un ötən mövsümkü uğurunun memarı Ərtuğrul Sağlamı sorğu-suala tutublar. Gənc mütəxəssis yenə iddialı açıqlamalar verib.
- Hazırlıq necə keçir?
- Düşərgədə ab-hava əladır. Amma havanın bu qədər isti olacağını gözləmirdik. Mövsümə hazırlıq həmişə fədakarlıq tələb edir. Yetirmələrim şikayət etmədən var gücləri ilə hazırlaşırlar.
- Ərtuğrul Sağlamın hədəfi nədir?
- ötənilki uğur üzərimizə böyük məsuliyyət qoydu. Uğurlar qazandırmış bir məşqçi olaraq, bu alışqanlığı davam etdirmək istəyirəm. çempionlar Liqasına həddindən artıq motivasiya olunub Superliqanı unutmayacağıq. Hər məşqçi kimi mənim də hədəflərim bitməz.
- “Kayserispor”u güclü heyətlə “İntertoto” kubokundan UEFA Kubokuna çıxardınız. Amma “Bursaspor”u nisbətən zəif heyətlə Türkiyə çempionu etdiniz. Fərq nədədir?
- İstedadlı oyunçular sarıdan komandalara nəzər yetirsək, bəli, “Kayserispor” daha güclü idi. “Kayserispor”dan yığma komandaya 3, “Bursaspor”dan isə 4 futbolçu qazandırdım. Əslində, əlindəki heyəti istədiyin səviyyəyə yüksəltdiyin zaman uğur da özü gəlir. Mən “Bursaspor”da bunu bacardım. Oyunçuların istedadlarını və potensiallarını ən yüksək səviyyəyə gətirdim, nəticədə çempion olduq.
- Yeni mövsümdə özünə güvənən bir kollektivlə yola çıxmaq işinizi asanlaşdırarmı? Ya da bu vəziyyət arxayınçılıq yaradıb işinizi daha da çətinləşdirə bilməzmi?
- Narahatlığa heç bir əsas yoxdur. Xarakterləri yüksək səviyyədə oyunçulara sahibəm. Mən bu heyətlə işimizin daha asan olacağını düşünürəm. çünki biz yalnız komanda deyil, bir ailəyik.
- Bu məsələ çox danışılır. Mustafa Dənizli Ərtuğrul Sağlamın komandasını çempion etdi, amma özü qurduğu komanda 4-cü yeri tutdu...
- Əvvəla, Mustafa Dənizli mənim müəllimimdir. Bu fikirlə də əsla razı deyiləm. Dənizli “qızıl dubl” etmiş bir mütəxəssisdir. Mənim “Beşiktaş”da nə etdiyimə gəlincə, bu suala futbol ictimaiyyəti daha ədalətli cavab verər.
- Necə düşünürsünüz, sizin çempion olmağınız Anadolu klublarını da ayağa qaldırdımı?
- Türkiyə futbolunda çevriliş etdik. Amma bu çevrilişin davam etməsi üçün Anadolunun digər klubları da bizim yaşadığımız xoşbəxtliyi dadmalıdırlar. Biz Anadolu klublarını inandırdıq. Bütün bunlar Türkiyə futbolunun səviyyəsini artırar, bizləri Avropanın yuxarılarına aparar.
- Sizcə, yeni mövsümdə çempionluq yarışı hansı komandalar arasında gedəcək?
- “Dörd böyüklər”lə yanaşı, təbii ki, biz də bu yarışın baş aktyorları arasında olacağıq. “Kayserispor” başda olmaqla, “Qaziantepspor”, “Eskişehirspor” və “Ankaragücü”nün də səs gətirəcəyini düşünürəm.
- “Bursaspor”da çempionluq mükafatı nə vaxt ödəniləcək?
- Hazırda klubun heç bir futbolçuya bir qəpik də borcu yoxdur. Yalnız çempionluq mükafatı qalırdı ki, rəhbərlik onu da bu gün ödədi.
- İsmail Haktan, Ərən, Muhammed və Sərdar - bu adlar sizin üçün nəyi ifadə edir?
- Gənc futbolçulara verdiyimiz qiymət göz qabağındadır. çalışdığım komandaya uğur qazandırmaqla yanaşı, ora üçün ulduz futbolçular da hazırlamalıyam. “Samsunspor”da, “Kayserispor”da, “Beşiktaş”da həyata keçirdiyim bu sistemi “Bursaspor”da da gerçəkləşdirəcəyəm. Adlarını çəkdiyiniz oyunçular üçün biz bir fürsətik. Əsas odur ki, onlar özlərini göstərməyə çalışsınlar.
- Sərcan və Volkan ötən mövsümdə nəyə görə sizə yetərincə fayda vermədilər?
- Sərcanın necə futbolçu olduğunu deməyə ehtiyac yoxdur. Ona çox böyük ümid bəslənilir. ötən mövsümün startında bizimlə olmadı, qayıtdıqdan sonra da zədə ucbatından kollektivdən ayrı düşdü. Amma indi əla formaqdadır. Fikrimcə, yeni mövsümün ulduzu Sərcan olacaq. Volkan yüksələn, Ozan isə enişli-çıxışlı qrafiklə oynayırdı. Amma bütün bunlar çox normaldır. Artıq stabil və Superliqada kifayət qədər təcrübəyə malik oyunçuya çevriliblər. Yaddan çıxarmayın ki, onların hər üçü Superliqada demək olar ki, ilk dəfə ötən mövsümdə oynamaq şansı qazandılar.
- Bu heyətlə çempionlar Liqasının qrup mərhələsində məqsədiniz 3-cü yeri tutmaq olacaq?
- Hədəfimiz ilk iki yerdən birini tutmaqdır. Bunu inamla deyirəm. çempion olacağımıza da inanmayanlar var idi, amma bunu bacardıq. İlk iki yerdən birini tuta bilməsək, avrokuboklarda yolumuza davam etmək üçün üçüncü yeri tutmağa çalışacağıq.
- Komandada əvəzedilməz oyunçu varmı?
- Bizim uğurumuzun ən böyük səbəbindən biri kollektiv olmaq, heç kimdən asılı olmamaq idi. Nə qazananda kimisə göyə çıxardıq, nə də uduzanda kimisə günahkar elan etdik. Futbolçularımın hamısı mənim üçün əvəzedilməzdir.
- ötən mövsümdə bir hücumçunuz da yox idi, amma çempion oldunuz. Yeni mövsümdə “Bursaspor” neçə hücumçu ilə yola davam edəcək?
- Bir hücumçu və bir müdafiəçi transfer edəcəyik. Bayaq qeyd etdiyim kimi, uğurumuzun səbəbi də məhz heç kimə bağlı olmayan bir sistemlə oynamağımızdır. Komandada həm hücumun, həm də müdafiənin yükünü hamı birlikdə çəkir. Son mövsümə diqqət yetirin. Qapıçısı 4, müdafiəçiləri isə daha çox qol vurmuş bir kollektivik. “Bursaspor” bir-birlərini tamamlayan futbolçulardan qurulub. Bu da digərləri ilə fərqimizi ortaya çıxarır.
- Dünya çempionatının sonluğu sizin üçün gözlənilməz olmadı?
- Hollandiyanın sürpriz edəcəyini demişdim, yanılmadım. İtaliya və Fransadan da belə zəif çıxış gözləyirdim. Seçmə mərhələlərdəki oyunlara baxanda, Argentinanın finala qədər irəliləyəcəyini düşünürdüm. Amma bu bir həqiqətdir ki, kuboku layiq olan qazandı.
- İspaniya yığmasından kimləri komandanızda görmək istərdiniz?
- Təbii ki, İnyesta və Xavini.

      
Bu xəbər 62 dəfə oxunub.
 
Yazarlar
Futbol, yoxsa “top-top”
Ürfan Məmmədli 
 
Baş məşqçinin anlamadığı şey - dua
Enes Cansever 
 
“Bakı” növbəti zərbəni Salyanda aldı
Anar Xanlarov 
 
Bəlkə “Qarabağ”ı milliləşdirək?
Asif Vahidoğlu 
 
“Türkiyələşən” mətbuatımız
Ruslan Sadıqov 
 
Cabbarovun məntiqi, yaxud özünəməxsus uzaqlaşdırma
Elgiz Abbasov 
  


Ən çox oxunanlar
İstifadə müddəti başa çatan “ulduzlar”
“Fənərbağça”nın “100-ü” güldü
Ermənilərə qarşı oyunda millimizi gözləyən təhlükə
“NEFTÇİ” ÇEMPİON!!!
Proqnozlarımızı alt-üst edən xoş sensasiya
“Xəzər-Lənkəran” sindromu qırdı
Baş məşqçinin anlamadığı şey - dua
Samir Əliyevin 90 dəqiqəsi
Futbolumuzda Ronaldinyolar yetişə bilər. “Çempion” qəzetinin AFFA və AGİN-ə müraciəti
İfrat legionerləşməyə aparan yolumuz
 

Copyright © 2007 Champion
Proqramçı Tərlan Mahmudov