Həyəcan başlayır!

Ana səhifə Haqqımızda Abunə və Reklam Multi-Media Arxiv
Qəzetimizin son nömrəsi
   Ölkə Futbolu
   Ölkə İdmanı
   Dünya Futbolu
   Dünya İdmanı
   Klublar
   Premyer Liqa
   Müsahibə
   Köhnə Dünya
   Gündəm
   DÇ-2010
   Türkiyə
   Araşdırma
   Forum
 





Generala qarşı çıxan qolçu qapıçı - Xose Luis Çilavert ( 2010-07-16 )
Uşaqlıqda arıq və bəstəboy olan çilavert Luka şəhərciyində dünyaya göz açıb. Xatırladığına görə, ilk dəfə 13 yaşında əlcək geyinib. “Qocalar”la “cavanlar”ın oyununda qardaşı Xulio Sezar meydançada əzilməsindən qorxaraq çilanı qapıya göndərib. Məhz həmin gündən balaca oğlan qapıçılıq sənətinə vurulur. Cəmi iki ildən sonra birinci divizion komandası “Deportivo” qapını ona həvalə edib, 1983-cü ildə vitse-çempion oldu. Mövsümün sonunda məşqçi Kaetano Re gənc qolkiperi “Quarani”yə dəvət etdi. çila bu komandanı da sevindirdi. 1984-cü ildə 18 yaşlı qapıçı ilk dəfə ölkə çempionu oldu. Məktəbi bitirdikdən sonra çilavert özünü idmana həsr etməyə qərar verərək, universiteti atdı. Növbəti ildə isə Paraqvayın yeniyetmələrdən ibarət yığmasının formasını geyindi. Perspektivli qapıçının uğurları təkcə evdə yox, ölkədən uzaqlarda da diqqət çəkdi. 1985-ci ildə gözlənilmədən Argentina “San Lorenso”sundan təklif gəldi. Böyük arzularla yaşayan futbolçu qonşu ölkəyə yollanaraq, Buenos-Ayres klubunda Argentina çempionu oldu. Həmin klubda o, cərimə zərbələri və penalti vurmağa başladı. Bu sahədə ona komandanın məqşçisi Bora Milutinoviç yardımçı oldu. çilavertə gözəl cərimə zərbəsini vurmağı məhz yuqoslav məşqçi öyrədib. Paraqvaylı rəsmi oyunlarda ilk qolunu İspaniyada, 1988-ci ildə forma geyindiyi “Saraqosa”nın heyətində vurdu. Bu, 1992-ci il iyulun 19-da “Espanyol”la oyunda baş verdi. Penaltini dəqiq yerinə yetirən qapıçı sonralar cərimə zərbələri ilə də fərqləndi. Xüsusən də onun 60 metrdən “River Pleyt”li Herman Burqosa vurduğu qol azarkeşləri heyran etdi.
çilavert Pireneydə 4 il qalıb, dalbadal iki mövsümdə çempionatın ən yaxşı əcnəbi qapıçısı seçildi. Amma ispan futbolçularla münasibətdə o, çətinlik çəkirdi. “Saraqosa”da ilk günlərdə üzləşdiyi əhvalatı çila belə xatırlayır: “İlk iki həftədə soyunub-geyinmə otağına girəndə oyundaşlarımı salamlasam da, onlardan cavab gəlmirdi”. Bundan sonra o, bir daha “sabahınız xeyir” kəlməsini işlətmədi. Bundan qeyzlənən oyunçulardan biri Xose Luisi “sudaka” (Cənubi Amerikadan gəlmələrə verilən ad) çağırdı. Əvəzində qəhrəmanımız onu əzişdirərək nitq söyləyir: “Birincisi, “sudaka” olmağımla fəxr edirəm. İkincisi, iki həftə sizinlə salamlaşdım, artıq bunu etməyəcəyəm”. Bu yetərli oldu. Ertəsi gün hamı onunla canla-başla salamlaşmağa başladı.
ümumiyyətlə, 9 nömrə ilə oynayan qapıçı qeyri-adi hərəkətlərə görə, dünyada çoxdan ad çıxartmışdı. Bunun nəticəsidir ki, dəfələrlə meydançada dava-dalaş salıb, hakim və azarkeşləri təhqir edib, oyunu bitirmədən meydançanı tərk edib.
1999-cu ildə çilavert vətənində keçirilən Amerika Kubokunda iştirakdan imtina etdi. Səbəb isə general Lino Ovyedo hökumətinin siyasətini bəyənməməsi idi. Halbuki Paraqvayda ölkənin birinci şəxsinə qarşı çıxmaq üçün əsl mərdlik tələb olunurdu. çilavert xalqı aşkarcasına hakimiyyəti zorla ələ keçirən, rüşvətxorluqda çirklənən, özünə ərəb şeyxləri sayağı dəbdəbə yaradan Ovyedonu cəzalandırmağa çağırdı. Futbolçunun söylədiklərinə görə, hətta hökuməti ittiham etməmək üçün ona 3 milyon dollar rüşvət də təklif etmişdilər. Amma sadə və səmimi çila onlara özünəməxsus cavab verib: “Pula görə xalqımın qatili ola bilmərəm. Ovyedo yarım əsr ölkəni qəddarcasına idarə edən Stressnerdən betərdir və cəzaya layiqdir”.
Ağır təbiəti ona Avropada karyerasını davam etdirməyə imkan vermədi. “Saraqosa” ilə müqaviləsinin müddəti başa çatdıqdan sonra sərfəli təkliflərə baxmayaraq, Argentinaya döndü. Qapıçı bu dəfə “Velez Sarsfild”i seçdi və bu klubla bütün mümkün titulları qazandı - ölkə çempionluğundan tutmuş Qitələrarası Kuboka qədər. O, 5 dəfə Argentinanın ən yaxşı qapıçısı seçildi. “San-Lorenso”nun azarkeşləri onu rəqib komandaya keçdiyinə görə bağışlamasalar da, bir çox argentinalı uşaqlar məhz çilavertə görə, “Velez Sarsfild”in fanatına çevrildilər.
1994-cü ildə “Velez”ə “Espanyol” üzərində qələbə lazım idi. İkinci hissədə çilavertin cərimə zərbəsindən vurduğu topu rəqib qapıçı tordan çıxarmalı oldu. Bununla da qolçu-qolkiperin karyerası yenidən başladı. Əvvəllər ancaq onbirmetrlik cərimə zərbələri ilə fərqlənən qapıçı sonradan mütəmadi olaraq, cərimə zərbələrindən də fərqlənməyə başladı. 2000-ci ilə, yəni XXI əsrin astanasına qədər o, artıq 50-ci qolunu vurmağa nail olmuşdu. Amma aydın məsələdir ki, onun əsas işi qol vurmaq yox, qapısının toxunulmazlığını təmin etmək idi. çilavert bu işin də öhdəsindən məharətlə gəlirdi. Təsadüfi deyil ki, bu etibarlılığına görə, Paraqvayda onu az qala müqəddəs sayırdılar.
Dç-1998-də qrup səddini uğurla dəf etməsinə baxmayaraq, Paraqvayın 1/8 finalda gələcək çempiona son dəqiqələrdə (117-ci dəqiqədə Loran Blanın vurduğu qol həm Fransaya 1:0 hesablı qələbə qazandırmış, həm də 1/4 finala çıxarmışdı) uduzması çilaverti məyus etdi.  Hətta mundialın ən yaxşı qapıçısı adı da onu sevindirmədi. Dç-2002-də çilavetin şərəfini qoruduğu Paraqvay millisi ciddi uğur qazana bilmədi. çilavert 2004-cü ildə 39 yaşında futbolçu karyerasını bitirdi və son klubu Argentinanın “Velez Sarsfild” komandası oldu.

Doğum tarixi: 27.07.1965
Doğum yeri: Luka, Asunson, Paraqvay

Karyerası:
“Deportivo” (Paraqvay): 1975-83
“Quarani” (Paraqvay): 1984
“San-Lorenso” (Argentina): 1985-88
“Saraqosa” (İspaniya): 1988-92
“Velez Sarsfild” (Argentina): 1992-2000
“Strasburq” (Fransa): 2000-2002
“Penarol” (Uruqvay): 2002-2003
“Velez Sarsfild” (Argentina): 2003-2004

Titulları:
Dç-1998-in ən yaxşı qapıçısı, İnteramerika Kuboku - 1994, Libertadores Kuboku - 1994, Qitələrarası Kubok - 1994.
Karyerası ərzində 62 qol vurub.


      
Bu xəbər 66 dəfə oxunub.
 
Yazarlar
Futbol, yoxsa “top-top”
Ürfan Məmmədli 
 
Baş məşqçinin anlamadığı şey - dua
Enes Cansever 
 
“Bakı” növbəti zərbəni Salyanda aldı
Anar Xanlarov 
 
Bəlkə “Qarabağ”ı milliləşdirək?
Asif Vahidoğlu 
 
“Türkiyələşən” mətbuatımız
Ruslan Sadıqov 
 
Cabbarovun məntiqi, yaxud özünəməxsus uzaqlaşdırma
Elgiz Abbasov 
  


Ən çox oxunanlar
İstifadə müddəti başa çatan “ulduzlar”
“Fənərbağça”nın “100-ü” güldü
Ermənilərə qarşı oyunda millimizi gözləyən təhlükə
“NEFTÇİ” ÇEMPİON!!!
Proqnozlarımızı alt-üst edən xoş sensasiya
“Xəzər-Lənkəran” sindromu qırdı
Baş məşqçinin anlamadığı şey - dua
Samir Əliyevin 90 dəqiqəsi
Futbolumuzda Ronaldinyolar yetişə bilər. “Çempion” qəzetinin AFFA və AGİN-ə müraciəti
İfrat legionerləşməyə aparan yolumuz
 

Copyright © 2007 Champion
Proqramçı Tərlan Mahmudov