Həyəcan başlayır!

Ana səhifə Haqqımızda Abunə və Reklam Multi-Media Arxiv
Qəzetimizin son nömrəsi
   Ölkə Futbolu
   Ölkə İdmanı
   Dünya Futbolu
   Dünya İdmanı
   Klublar
   Premyer Liqa
   Müsahibə
   Köhnə Dünya
   Gündəm
   DÇ-2010
   Türkiyə
   Araşdırma
   Forum
 





Azərbaycana sırıdığımız “azərbaycanlı”
 Anar Xanlarov
 
Bu haqda yazını çoxdan yazmaq istəyirdim. Yəqin ki, tez-tez bizim idman saytlarında, bəzi qəzetlərdə bu başlıqlı xəbərlərə rast gəlirsiniz: “Azərbaycanlı futbolçu zədələndi”, “Azərbaycanlı futbolçu Avropa klublarının maraq dairəsində”, “Qalatasaray” azərbaycanlı futbolçunu buraxmaq istəmir” və s. Bəs həmin xəbərlərdə azərbaycanlı kimi təqdim olunan bu şəxs kimdir? “Qalatasaray”ın və Türkiyə millisinin müdafiəçisi Sərvət çətin. Nə zaman Azərbaycanda anadan olub, hansı rayonumuzda doğulub, “metirkasında” hansı doğum evimizin nömrəsi yazılıb, bunu bilmirəm. Yalnız onu bilirəm ki, bəziləri onu azərbaycanlı kimi “sırıyır” Azərbaycan xalqına. Burada yaxşı bir el məsəli çəkərdim, amma qəzet səhifəsi olduğundan, yeri deyil. Kimdir bu Sərvət çətin? 1981-ci il mart ayının 17-də Türkiyənin İğdır şəhərində anadan olan təmiz Türkiyə vətəndaşı. 1998-ci ildə peşəkar karyerasına “Kartalspor”da başlayıb və geridə qalan 12 il ərzində “Göztəpə”, “Dənizlispor”, “Fənərbağça”, “Sivasspor” klublarının şərəfini qoruyub, hazırda da “Qalatasaray”ın futbolçusudur. 1998-ci ildə ilk dəfə Türkiyə U-17-nə dəvət olunub və 2 oyunda forma geyinib. Sonradan isə ardıcıl olaraq U-18, U-21, Türkiyə B millisi və nəhayət, Türkiyə A milli komandasına gəlib çıxıb. Gördüyünüz kimi, futbolçu karyerasında Azərbaycanla heç bir bağlılığı yoxdur. üstəlik, Sərvət ömründə bir dəfə də olsun, Azərbaycanda olmayıb. Hər kəsin fikrinə hörmətlə yanaşıram və bu xəbərləri yayan insanların çoxu ilə şəxsən tanışlığım var. Hətta bəziləri ilə daha yaxşı münasibətim var. Amma bu məsələdə onların heç birinə haqq vermirəm. Bu insan Türkiyədə doğulub, orada böyüyüb boya-başa çatıb, futbolçu karyerası bütünlüklə bu ölkəyə bağlıdır, atası da, anası da türkiyəlidir. Az öncə qeyd etdiyim kimi, 30-a yaxın yaşı olsa da, bir dəfə də olsun Azərbaycanda olmayıb. Bütün bunların fonunda niyə onu zorla özümüzünküləşdirməyə çalışırıq? Sərvət bu gün “Qalatasaray” kimi klubun formasını geyinib, Türkiyə millisində çıxış edirsə və Avropa klublarının diqqət mərkəzinə düşürsə, bu, Türkiyənin, Türkiyə futbolunun uğuru sayılır, Azərbaycanın yox. Nə vaxta qədər özümüz futbolçu yetişdirməyə-yetişdirməyə başqasının uğuruna sevinəcəyik, onu halal malımız kimi öz adımıza yazacağıq? Nə var, nə var, çətinin ulu babası nə vaxtsa Türkiyənin Azərbaycana yaxın ərazisindən köç edib. Heç o vaxt Sərvətin izi-tozu da yox idi. Yəni məni düzgün başa düşün, Sərvətin köklərində Azərbaycanla bağlı bağın tapılması çox yaxşıdır. Bunu bir dəfə demək olar, iki dəfə demək olar, amma hər addımbaşı, yeri gəldi-gəlmədi, onu “azərbaycanlı futbolçu” adı altında camaata sırımaq lazım deyil. Əgər çətin özünü azərbaycanlı saysaydı, ən azı keçmişinə, köklərinə hörmət etsəydi, 29 illik ömründə heç olmasa bir dəfə də olsun Azərbaycana gəlib ayaqüstü də olsa, tarixi vətəninə baş çəkərdi. özü də İstanbuldan Bakıya təyyarə ilə maksimum 2 saatlıq yoldur. Elə istirahət günlərinin birində səhər gəlib, axşam da qayıtmaq mümkündür. Əgər Sərvət bunu etməyibsə, deməli, özünü ürəkdən azərbaycanlı saymır.

      
Bu xəbər 267 dəfə oxunub.
 
Yazarın arxivi
“Bakı” növbəti zərbəni Salyanda aldı
Azərbaycana sırıdığımız “azərbaycanlı”
NƏTİCƏ ÇIXARMAQ VAXTIDIR
“Premyer Liqa”nı azarkeşlərin “Premyer Liqa”sı edək, fərdlərin yox
Foqts dəyişmədi, nəticə dəyişməlidir
Çempionatımızın yayım hüququ və ya futbolun təbliğindəki inhisarçılığın acı nəticələri
Əmi, sənə bir beş!
Hər kəs öz ampluasındadır
Hər kəs öz ampluasındadır
Lippert cibini doldurur, rəqiblər isə U-21-in “torbasını”
Yetər artıq bu qədər saymazlıq
Yenə günahkar axtarışı
Kamran Ağayev: “Türkiyədə məlum oldu ki, Azərbaycanda məni düzgün müalicə etməyiblər”
“Xəzər-Lənkəran”: Növbə “İnter”indir
Dorosevs: “Valideynlərim biləndə ki, Azərbaycana gedirəm, çox sevindilər”
“Milan”ı Azərbaycana havayı gətirməyin yolu
 
Yazarlar
Futbol, yoxsa “top-top”
Ürfan Məmmədli 
 
Baş məşqçinin anlamadığı şey - dua
Enes Cansever 
 
“Bakı” növbəti zərbəni Salyanda aldı
Anar Xanlarov 
 
Bəlkə “Qarabağ”ı milliləşdirək?
Asif Vahidoğlu 
 
“Türkiyələşən” mətbuatımız
Ruslan Sadıqov 
 
Cabbarovun məntiqi, yaxud özünəməxsus uzaqlaşdırma
Elgiz Abbasov 
  


Ən çox oxunanlar
İstifadə müddəti başa çatan “ulduzlar”
“Fənərbağça”nın “100-ü” güldü
Ermənilərə qarşı oyunda millimizi gözləyən təhlükə
“NEFTÇİ” ÇEMPİON!!!
Proqnozlarımızı alt-üst edən xoş sensasiya
“Xəzər-Lənkəran” sindromu qırdı
Baş məşqçinin anlamadığı şey - dua
Samir Əliyevin 90 dəqiqəsi
Futbolumuzda Ronaldinyolar yetişə bilər. “Çempion” qəzetinin AFFA və AGİN-ə müraciəti
İfrat legionerləşməyə aparan yolumuz
 

Copyright © 2007 Champion
Proqramçı Tərlan Mahmudov